Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Kim nə istəsə, sata bilər" -Ekspert həyacan təbili çalır

Ekspert həyacan təbili çalır: "Kim nə istəsə, sata bilər"

 

Yenixeber.org:  Günümüzün aktual mövzularından biri də enerji içkiləridir. Tərkibini, haradan gəldiyini bilmədiyimiz halda hər birimiz bu içkilərdən istifadə edirik. 

Ümumiyyətlə sözügedən içkilərin ölkəyə gətirilməsində hər hansı bir nəzarət varmı? Keyfiyyətindən xəbərsiz olduğumuz bu içkilər sağlamlığımıza zərər verərsə, kimə, hara, hansı arqumentlə müraciət etməliyik? 

"Qaynarinfo"ya açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, “Qida təhlükəsizliyi haqqında” qanun olmadığından ölkədə keyfiyyətsiz və zərərli məhsulların satışı mümkündür: 

“Ölkədə 800-dən artıq mal sertifikatlaşdırılmadan satılır. Nəinki enerji içkiləri, hətta “Coca-Cola” da 120 ildi tərkibi heç kimə bəlli olmadığı halda bütün dünyada istehlak olunur. Yeni, bunlar hamısı biznes məqsədilə həyata keçirilən böyük biznes qurumlarının işləridir. Azərbaycanda isə ümumiyyətlə “Qida təhlükəsizliyi haqqında” qanun olmadığından bütün növ enerji içkiləri, eyni zamanda da bu kimi zərərli qidalar satıla bilir. Bizim gücümüz ona çatar ki, məktəb bufetlərində belə içkilərin satışına qadağa qoyulsun. Ki, bu qadağa da var. Buna baxmayaraq, bufetlərdə hər növ enerji içkilərini tapa bilərsiniz. 

Belə qidalara senzura qoyulması məsələsinə gəldikdə, açıq bazar iqtisadiyyatıdır. Kim nə istəsə, sata bilər. Hətta bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyi idarə rəisi açıqlama verdi ki, “Ölkədə at əti də, it əti də, eşşək əti də satıla bilər. Yetər ki, üstündə tərkibi qeyd olunsun”. Belə bir səfeh qanunlar olan ölkədə hər şey eləmək olar. 

Bu gün "Red Bull"dan bir nəfər ölsə, bunu heç kimə sübut edə bilməzsiniz. Çünki onlar həmin məhsula təhlükəsizliklə bağlı serftikat verirlər. Buna görə də məsuliyyəti üzərlərinə götürməzlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam