Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Vaşinqtonun "Cənub Qaz Dəhlizi"nə sadiqliyi bizim üçün vacibdir” -Energetika naziri

 

Energetika naziri Natiq Əliyev XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı çərçivəsində Bakıda səfərdə olan Amerika Birləşmiş Ştatları dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini xanım Robin Danniqanı qəbul edib.

 

Yenixeber.org:  Nazirlikdən verilən məlumata görə, N.Əliyev tədbirdə iştirakına və ABŞ prezidenti Donald Trampın Azərbaycana dəstəyini ifadə edən məktubuna görə xanım R.Danniqana təşəkkürünü bildirib. O, ABŞ prezidentinin iki ölkə arasında tərəfdaşlıq münasibətlərini, Azərbaycanın enerji təhlükəsizliyinin təminatı istiqamətində səylərini yüksək qiymətləndirməsinin və “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyini əks etdirən fikirlərinin ölkəmizə hörmətin göstəricisi kimi qəbul edildiyini vurğulayıb: “ABŞ regionda bütün enerji layihələrinə həmişə güclü dəstəyini nümayiş etdirib və Amerika hökumətinin bu mövqeyi heç vaxt dəyişməyib. Rəsmi Vaşinqtonun “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı mövqeyinə sadiqliyi bizim üçün vacibdir”.

 

Nazir layihənin gedişatı və gələcək inkişaf istiqamətləri barədə fikirlərini qonaqla bölüşüb. R.Danniqan isə XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisinin yüksək səviyyədə təşkili ilə əlaqədar təbrikini çatdıraraq, belə tədbirlərin müasir texnologiyaların və təcrübələrin mübadiləsi üçün əlverişli platforma olduğunu deyib. O, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşündə və bu sərgidə iştirakını Azərbaycanın enerji təhlükəsizliyinə töhfə verən siyasətinə ABŞ-ın münasibətinin göstəricisi olduğunu söyləyib. Ölkəsinin əsas prioritetlərindən biri kimi “Cənub Qaz Dəhlizi”ni diqqət mərkəzində saxladığını deyərək, perspektivdə Türkmənistanın layihəyə qoşulma imkanları ilə maraqlanıb.

 

 Bundan başqa, görüşdə Azərbaycanda Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (NQENKK) və Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihələrində ABŞ şirkətlərinin iştirakının vacibliyi müzakirə edilib. ABŞ dövlət katibinin köməkçisinin enerji diplomatiyası üzrə müavini həmçinin Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin Vyana görüşü və neft bazarının inkişaf tendensiyaları ilə maraqlanıb. Toplantıda Azərbaycan-ABŞ enerji əməkdaşlığının digər istiqamətləri üzrə də müzakirələr aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam