Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ANANIN DƏRDİ


 

Yenixeber.org:  

Varlığı verənsən, alansan Tanrı,

Qüdrətin bəllidir insana qarşı.

Hökmünə bələdik bilirik kimsən,

İnsanı yaradan küreyi ərzsən.

 

Övladı verdin ki, sevincək olaq,

Ad günü qeyd edək biz şadlıq quraq.

On səkkiz yaşında Aysel apardın,

Ananı sağalmaz dərdlərə saldın.

 

Sızlayıb, ağrıyıb dərd-qəmə batdıq,

Bir gənci itirib zülmə qalandıq.

Xoş qədəm görsəydik ey Ulu Tanrı,

Ananın çox dərdi olmazdı barı.

 

Qəlbimdə qalanıb ocaqsız yandım,

Yurdumda üzülüb Ayselsiz qaldım,

Səmamda özümü dayaqsız sandım,

Göz yaşı tökdürdün bizə Ayselim.

 

Ananı ağladıb qəddini əydin,

Vüqarı dərdlədib əzmini əzdin,

Şəfanı göynədib üzüntü dəstin,

Hamını hönkürtdün lalə Ayselim.

 

Sükansız dünyamız tufana düşdü,

Bir izsiz gəncimiz əzaba döndü,

Bənzərsiz balamızyaddaşa köcdü,

Ananı çökdürdün qəmə Ayselım.

 

Nədədi qiyməti insanın qədri?

Küreyi ərzdimi Atanın səbri?

Ellərə sığırmı Ananın dərdi?

Ozünü çəkdirdin nəzmə Ayselim.

               

Babayev Şahbaz İsa o.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam