Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Şamaxıda sel iki körpünü uçurdu –Kəndlə əlaqə kəsildi

Şamaxı rayonunun dağlıq ərazilərinə yağan leysan yağışı fəsadlar törədib.

Yenixeber.org:  Nəticədə Pirsaat çayında suyun səviyyəsi qalxıb və rayonun Talışnuru dağ kəndi ilə gediş-gəliş kəsilib.

Bundan əlavə, dağlardan gələn sel suları kəndin daxilində olan 2 körpünü uçurub. Çayın sahilində yerləşən evləri su basıb. Uçulan körpüdən istifadə edərək çayın o tayındakı məktəbə gedən şagirdlərin işi çətinləşib. Sel torpaq axınını da aktivləşdirib. Dağdan axan torpaq bir evin üzərinə tökülüb.

Kənd sakinləri "Report"a bildiriblər ki, artıq Talışnuru kəndinə minik maşınlarının gedişi dayanıb. Hazırda yerli sakinlər çayı keçməkdə çətinlik çəkirlər. Çayın gətirdiyi iri daşlar və güclü sel axını hərəkətə mane olur.

Qeyd edək ki, kəndə gedən körpü 1996-cı ildə bərpa olunsa da, hazırda ondan istifadə etmək mümkün deyil. Selin vurduğu zərərin miqdarı hesablanır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam