Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzlu mövqedən qürur duyuruq” -Türkiyə prezidenti

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

 Yenixeber.org:  Ərdoğanın məktubunda deyilir:

“Hörmətli cənab Prezident, əziz Qardaşım. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi və Sizin simanızda bütün Azərbaycan xalqını ən səmimi hisslərimlə təbrik edirəm. Qardaş Azərbaycanın müstəqilliyinin bərpasından ötən müddətdə bütün sahələrdə əldə etdiyi uğurları yüksək qiymətləndirərək izləyir, beynəlxalq arenada qazandığı nüfuzlu mövqedən qürur duyuruq. Mən əminəm ki, Sizin qətiyyətli və uzaqgörən rəhbərliyinizlə Azərbaycan gələcəkdə daha mühüm nailiyyətlər qazanacaq.

Ölkələrimiz arasındakı əlaqələrin hər sahədə daha yüksək müttəfiqlik səviyyəsinə yüksəlməsindən məmnunluq duyuruq. Ortaq tarix, mədəniyyət və ənənələrlə sıx şəkildə bir-birinə bağlı olan xalqlarımız arasındakı əməkdaşlığın güclü münasibətlərimiz sayəsində hər sahədə daha da dərinləşərək gələcəkdə də uğurla davam etdiriləcəyinə heç bir şübhəm yoxdur. Fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə – əziz Qardaşıma bir daha möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə əmin–amanlıq və rifah diləyirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam