Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qorxmaz Hüseynovun karyerasına “gül kmi zərbə”:sonun başlanğıcı

Qorxmaz Hüseynovun karyerasına “gül kmi zərbə”:

 

Yenixeber.org:  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ətrafında baş verən olaylar səngimək bilmir ki, bilmir. Hətta Nazirlər Kabinetiin “Azərsu” ASC-i ilə bağlı məlum addımları da gözlənilən nəticələri vermir. ( “Azərsu” ASC-nin nizamnaməsində dəyişiklik edib, Cəmiyyətin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, eləcə də ASC-nin törəmə müəssisələrinin (cəmiyyətlərinin), habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edilməsini Nazirlər Kabinetinin razılığına bağladı. Eyni zamanda Nazirlər Kabineti “Azərsu” ASC sədrinin müstəqil şəkildə Cəmiyyətin filiallarının və nümayəndəliklərinin yaradılması və ləğvi sahəsində səlahiyyətlərini məhdudlaşdırdı.)

 Belə ki, həmin dəyişikliklərdən sonra “Azərsu” ASC sədri Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, həmçinin törəmə müəssisələrinin (cəmiyyətlərinin) yaradılması, yenidən təşkili və ya ləğv edilməsi barədə qərarlar qəbul edə biləcək. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə...  Nazirlər Kabinetinin bu qərarının ölkə tarixində anoloqu olmayıb. Hələ bu günə kimi səhmləri dövlətə məxsus olan heç bir Səhmdar Cəmiyyətin sədrinə qarşı bu şəkildə etimadsızlıq göstərilməyib. Nazirlər Kabinetinin “Azərsu” ASC kimi eyni statusa malik “Meliorasiya və Su Təsərrüfatı” ASC, “Azərenrrji” SC, “Azərişiq” ASC və digər Açıq Səhmdar Cəmiyyətlərə qarşı müfaviq addım atmaması hökumətin Qorxmaz Hüseynova etimadsızlığının bariz nümaunəsi sayıla bilər. İndi isə Qorxmaz Hüseynovun karyerasına son qoya biləcək ciddi qalmqal yarana bilər... Bu istiqamətdə yenixeber.org-a yeni məlumatlar daxil olub.

Belə ki, həmişə fəaliyyəti əhalini keyfiyyətli və daimi içməli su ilə təmin edə bilmədiyinə görə tənqid olunan Qorxmaz Hüseynov indi suya görə deyil, “gül məsələsi”nə görə vəzifəsini itirə bilər... Sən demə “Azərsu” ASC gülə “gül kimi” pul xərcləyir... Bu prosesin problem yaradacaq tərəfi isə ondan ibarətdir ki, həmin güllərin alınmasına sərf edilən vəsait haqqında yuxarılara verilən məlumatla güllərin alındığı gül mağazasına ödənilən vəsait arasında yumşaq desək ciddi uyğunsuzluq var. Əlbəttə, biz bu məsələnin Qorxmaz Hüseynovun bilgisi və maraqları daxilində baş verdiyini iddia etmirik. Mümkündür ki, bu “gül məsələsi”nə məsul şəxs (həmin şəxsin adı redaksiyamıza məlumdur-red) Qorxmaz Hüseynovun etimadından sui-istifadə edir. İstənilən halda bu məsələnin məsuliyyəti Qorxmaz Hüseynovun üzərinə düşür...

 Bu və “Azərsu” ilə bağlı digər məlumatlar ətrafında araşdırmalarımız davam edir. Araşdırmamız sona çatdıqdan sonra Qorxmaz Hüseynovun karyerasına son qoya biləcək məlumatlarla bağlı Siz də biləcəksiniz. Mövzu ilə bağlı qarşı tərəfdən sullarımıza cavab ala bilmədik.

 

Etibar  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam