Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“İranın siyasəti nə qədər sərt olsa, Amerika üçün bir o qədər yaxşıdır” -EKSPERTDƏN AÇIQLAMA

 

İranda qarşıdakı seçkilər və fəaliyyətdəki prezident Həsən Ruhaninin aldığı dəstək fonunda Qərb üçün onun rəqibinin – sərt xətt tərəfdarı Seyid İbrahim Rəisinin qələbəsi daha sərfəlidir.

Yenixeber.org:   ABŞ-dan kiminsə İran siyasətində sərt xətt tərəfdarı Seyid İbrahim Rəisini dünyanın bir çox paytaxtlarında mötədil siyasətçi kimi yüksək qiymət almış Həsən Ruhaniyə qarşı dəstəyə başlamasının bir sıra səbəbləri var. Hər şeydən əvvəl, Ruhani mötədil siyasətçi deyil. O, ən azı, nüfuza malik olmayan iddiasız siyasətçidir. Hakimiyyətdə olduğu beş il müddətindəki daxili və xarici siyasəti nəzərdən keçirilsə, bu şübhəsizdir. Deməli, Ruhani ölkədə insan haqlarının yaxşılaşması üçün daxili siyasətdə heç nə etməyib ki, bunu da onun ya etinasızlığı, ya da acizliyi ilə izah etmək olar.

Ruhanini xarici siyasət meydanında da “mötədil” adlandırmaq mümkün deyil, çünki ölkə prezidenti vəzifəsində olduğu illərdə İran Yaxın Şərqdə daha təcavüzkar siyasət yürütməyə başlayıb (müəllif bu məqamda bir çaları unudur – İranın xarici hərbi-siyasi addımlarının  gerçəkləşdirilməsi birbaşa ali rəhbərin səlahiyyətindədir-tərc.).Xüsusən də İran əvvəllər Bəhreynə qarşı ancaq KİV-lərin vasitəsilə çıxış edirdisə, Tehran indi, “The Washington Post”-un məlumat verdiyi kimi, “İrandan silah və maliyyə alan ağırsilahlı yaraqlı özəklərindən” faydalanır. Hətta Yəmən qiyamçı husiləri 2016-cı ilin oktyabrında İranın tədarük etdiyi ehtimal olunan raketlərlə ABŞ HDQ gəmilərinə zərbə endiriblər. Hazırda İranın on minlərlə vətəndaşı İraqda vuruşur, Suriyada isə təkcə İslam İnqilabı Keşikçiləri Korpusunun elit hissələri deyil, həm də quru bölmələri döyüşür.

Bir ekspertin qeyd etdiyi kimi, 2015-ci ildə nüvə proqramı üzrə Tehranla saziş bağlandıqdan sonra “İran silahlı qüvvələrinin önəmli transformasiyası başlayıb ki, bu da İranın bütün bölgə üzrə hərbi imperiya qurduğu, daha təcavüzkar xarici siyasəti və bölgə birinciliyini bərpa etməyindən xəbər verə bilər”.

Bütün bu hadisələri briləşdirən yeganə amil Ruhani idarəçiliyi dönəmində baş verməsidir. O yenə də ya bu cür təcavüzkar addımlar uğrunda çıxış edir, ya da bunu dayandırmaq gücündə deyil. Özgə izahat bu ola bilər ki, o, əslində, qətiyyən mötədil siyasətçi deyil. Ən yaxşı halda, yalnız “rejim”in ucaltdığı fasaddır – əslində, mötədilliyin olmadığı yerdə mülayimlik təəssüratı yaratmaq üçün.

Rəisi öz növbəsində İran ruhanisi və sərt xətt tərəfdarı kimi seçilir. Məsələn, o, apreldə bildirib ki, ABŞ vətəndaşları İrandan əndişələnir, buna görə də həll “geri həsləmək”də deyil, “onları geri çəkilməyə məcbur etməkdədir”. O, Barak Obamanın “bölgədə tarazlıq” adlandırdığı, İran, Səudiyyə Ərəbistanı və başqalarının Yaxın Şərqdə birgə “idarə etdiyi” duruma qarşı güzəştsiz mövqe tutur. Rəisi hər şeydən çox 1988-ci ildə 4 mindən 5 minədək siyasi dustağın edamına nəzarət etmiş hakimlərdən biri olarkən Ölüm komissiyaları adlı qurumda içştirakı ilə ad çıxardıb.

Keçib gedən illərə baxmayaraq Rəisi zərrəcə dəyişilməyib. Məsələn, 2010-cu ildə doqquz nümayişçinin edamına nəzarət edib.

Bu qayda ilə o, qalib gələrsə, ayətullah Xameneini İslam respublikasının lideri postunda əvəzləmək üçün əsas namizədlərdən biri ola bilər. ABŞ-ın hər hansı vətəndaşı isə onun qələbəsini sadə səbəb üzündən arzulamalıdır: Rəisi İslam respublikasının əsil simasıdır, halbuki Ruhani, vur-tut, fasaddır.

İranın indidki prezidenti özünü rejimin davranışında hər hansı dəyişikliyi bacarmayan iqtidarsız kimi göstərib. Onun rolu bundan ibarətdir ki, ölkədə sükan başında “mötədil”in olduğu xüsusda Qərbi yanlışlığa uğratsın. ABŞ-ın İrana nisbətdə hər hansı illüziyaya qapılmaması daha yaxşıdır. Çox ehtimal ki, ədalətli seçkilər zamanı qələbə Ruhaninindir. Bunun ardınca İranın daha mötədil olduğu, modernləşdiyi və dəyişdiyi, ona çox da təzyiq göstərməmək, Ruhaniyə iqtisadiyyatı inkişaf etdirməyə imkan vermək haqda tam bir dalğa qəzet məqalələri gözləmək olar. Bu addım əvvəllər soyuq müharibənin qızğın çağında “Kremldəki mötədillər”ə yardım etmək çağırışları kimidir və o cür axmaqlıqdır.

Beləliklə, Rəisi qələbə çalacağı halda iki şey baş verəcək. Birincisi, aydın olacaq ki – hər şeydən əvvəl İran vətəndaşları üçün – seçkilər oğurlanıb, buna görə də xalqla İran başçıları arasında uçurum genişlənəcək, bununla da rejimin çöküş günü yaxınlaşacaq. İkincisi, bütün dünya İran “rejim”inin əsil təbiətini daha aydın şəkildə görəcək. Tamamilə aydındır ki, müxtəlif ölkələrin diplomatik və kəşfiyyat idarələri kimi Qərbin mərkəzi KİV-lərinin də əksəriyyəti bu cür fikrin tərəfdarı deyil. Görünür, hamı Ruhaninin dərdini çəkir ki, bunu onun özü haqda demək olmaz. O, Rəisi uğrundadır.

Elliott Abrama

Politico (ABŞ)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam