Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Rusiyanın Qarabağ münaqişəsindəki təkbaşına vasitəcilyindən imtina etməliyik” -Politoloq

 

  Yenixeber.org: “Ümumrusiya Azərbaycanlıların Konqresinin qeydiyyatının ləğvinə necə cavab verməliyik? İki variant var. Birinci variant odur ki, bir az deyinib, yenidən heç nə olmamış kimi Rusiya ilə əməkdaşlığı davam etdirməli, silah almalı və bu ölkəni “strateji” tərəfdaş adlandırmalıyıq. İkinci variant isə odur ki, qeydiyyatın ləğvinin Rusiya-Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcəyi haqqında Moskvaya konkret mesaj ünvanlanmalıdır”. 

Bunu Atlas Araşdırmalar Mərkəzinin rəhəbəri, politoloq Elxan Şahinoğlu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsini şərh edərkən deyib.

Politoloq daha sonar vurğulayıb ki, bu qərar sıradan hansısa təşkilatın qeydiyyatının ləğvi deyil: “Qərar hüquqi yox, siyasi qərardır  və qərarın müəllifi sıravi bir məhkəmə hakimi deyil, Kremlin başbilənləridir. Kreml Rusiyadan yan keçən TAP, TANAP, Bakı-Tiflis-Qars laiyəhlərindən narazıdır. Buna görə bizi cəzalandırmaq yolunu tutublar. Üstəgəl cəbhə bölgəsindəki artan üstüynlüyümüz Kremli narahat edir. Rusiyaya silah alışından 5 milyard dollar xeyir vermişik. Gərək bu xeyri bizə silah satmaq istəyən başqa dövlətlərə verək. Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki təkbaşına vasitəcilyindən də imtina etməliyik”.

Qeyd edək ki, bunu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatı ləğv edilib. Rusiya Ali Məhkəməsi bununla bağlı müvafiq qərar qəbul edib. Səbəb kimi Azərbaycan diaspor təşkilatının Rusiya qanunvericiliyini pozması göstərilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam