Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kənd sakinləri ilə bələdiyyə sədri arasında kütləvi dava -Beyləqanda qalmaqal

Kənd sakinləri ilə bələdiyyə sədri arasında kütləvi dava -

 

Beyləqan rayonunda kənd sakinləri ilə bələdiyyə sədri arasında kütləvi dava baş verib.

Yenixeber.org:  Report.az-a istinadən xəbərə görə, hadisə rayonun İmamverdilər kəndində torpaq üstündə qeydə alınıb. 

Belə ki, kənd sakini Rasim Əliyev ona məxsus pay torpağın həmkəndliləri tərəfindən qeyri-qanuni zəbt edilməsi barədə aidiyyəti qurumlara müraciət edib. Bu səbəbdən də bələdiyyə sədri və kənd sakinləri arasında mübahisə yaranıb. Mübahisə sonradan bələdiyyə sədri Əfqan Bəşirov, onun qardaşı Anar Bəşirov və torpağı qeyri-qanuni yolla zəbt edən Bəhrəm Nofər və Mübariz Abdullayev qardaşları ilə ərazinin qanuni sahibi olan Rasim Əliyev, qardaşı Vüqar Əliyev və əmisi oğlu Rafiq Tağıyev arasında kütləvi davaya çevrilib. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam