Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Təhsil müdiri oğlunu Notariat Kontoruna rəis təyin etdirir-ŞOK İDDİA

Təhsil müdiri oğlunu Notariat Kontoruna rəis təyin etdirir-

 

Yenixeber.org:  Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın haram yolla yiyələndiyi kapital hesabına dəbdəbəli həyat tərzi keçirməsi, oğullarını layiq olmadıqları vəzifələrə yerləşdirməsi, onlara haqq etmədikləri üstün şəraiti yaratması, bütün bunların onların xarakterində təkəbbür, özündənrazılıq, nə yolla olursa-olsun asan qazanc əldə etməyə can atmaq kimi xoşagəlməz cizgilər yaratması barədə yazdıqlarımız yeni-yeni informasiyalarla öz təsdiqini tapır.

Beyləqandakı informatorlarımızdan RealMedia.az-a daxil olan səhih məlumata görə, X. Rüstəmovanın “Təfəkkür” Universitetindən pul gücünə diplom alıb Beyləqan məhkəməsində işə düzələn oğlu Yasin rayonun demaqoq sakinləri ilə gizli iş birliyi quraraq, məhkəmədə çəkişilən məlumatları onlara ötürür və özünün güddüyü maraq qarşılığında kompromat kimi istifadə olunmasına şərait yaradır.

Əldə etdiyimiz digər məlumata görə,Yasin Əliyev iştirak etdiyi məhrəm məclislərin birində 150 min manat rüşvət müqabilində rayonda 1 saylı Dövlət Notariat Kontoruna müdir vəzifəsinə getməyə hazırlaşdığı barədə ağzından söz qaçırıb və deyib ki, bu niyyətinin həyata keçməsi üçün çox az – DNK-nın hazırki müdiri Şəmsiyyə Hüseynovanın müqaviləsinin bitəcəyi iyun ayını gözləməlidir.

İnanırıq ki, sıralarını “təsadüfi şəxslərdən” qoruyan Ədliyyə Nazirliyi Yasin Əliyev kimisini bütöv bir rayona 1 nömrəli notarius vəzifəsinə götürməz.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam