Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

QHT rəhbəri həbs edildi

 

   Cari ilin aprel ayının 9-da Salyan rayon Bələdiyyəsinin sədri Əşrəf Xanməmmədov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək bu il mart ayının 18-də özünü Demokratiyaya Yardım İctimai Birliyinin üzvü kimi təqdim etmiş Sabirabad rayon sakini Tofiq Qasımovun ondan pul istəməsini, verməyəcəyi təqdirdə onu internetdə və kütləvi informasiya vasitələrində tənqid edəcəyi ilə hədələməsini bildirib.

"Xeberinfo.com" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Qasımov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədovun təhriki ilə cari ilin fevral ayının 14-də Aşağı Muğan Meliorativ Sistemləri İstismar İdarəsinin baş mühəndisi Zalış Bünaytovu hədləyərək 100 manat, Salyan Suvarma Sistemləri İdarəsinin baş mühəndisi İlham Əsgərovu hədləyərək 200 manat, cari ilin aprel ayının 2-də Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyinin rəisi Nazir Bəşirovu hədələyərək 50 manat tələb etməsi, habelə E.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2013-cü ilin dekabr ayı ərzində Salyan rayon Telekommunikasiya Qovşaqının rəisi Faiq Nəcəfovu hədələyərək 200 manat və Salyan rayonu üzrə Maliyə İdarəsinin rəisi Mahir Kərimovu hədələyərək 200 manat tələb etməsi də müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutulub.

Faktla əlaqədar cinayət işi başlanmış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam