Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Eldar Mahmudovun qohumu İdman Akademiyasında hələ də "at oynadır" -ŞOK İTTİHAM

Eldar Mahmudovun qohumu İdman Akademiyasında hələ də "at oynadır"-İTTİHAM VARYenixeber.org:   Mediatv.az saytında ADBTİA baş alıb gedən özbaşınalıqlarla bağlı tənqidi məqalələr dərc olunduqdan sonra redaksiyamıza daha ilginc informasiyalar daxil olmaqda davam etməkdədir.Bizim tənqidi yazılardan və uzunmüddətli fasilədən sonra ADBTİA-nın elmi şurasının iclası çağrılıb.Adından göründiyi kimi elmi şuranın üzvləri elm adamları,elmdə öz sözünü demiş və elmi titulu olan alimlər olmalıdır.Çox təəsüflər olsun ki Akademiyanın elmi şurasının yeni üzvlərinin heç birinin elmi dərəcəsi yoxdur.Ümumi şöbənin müdiri,kadrlar şöbəsinin müdiri,tədris hissə müdiri,beynəlxalq əlaqələr şöbəsinin müdiri və qiyabi şöbənin dekanı vəzifəsini daşıyan şəxslər elmi şuranın yeni üzvləri "seçiliblər".Məlumata görə adı çəkilən vəzifələri daşıyan şəxslər kənardan gətirilib və prorektor Rizvan Əliyevin təqdimatı əsasında təyin olunublar.Mediatv.az-a daxil olmuş digər məlumata görə ADBTİA-nın elmi katibi Bəxtiyar Rüstəmovun rəhbərliyi altında "qabiliyyət imtahanları" ilə əlaqədar rüşvət yığımı davam etməkdədir.Akademiyada baş verən korrupsiya, ciddi qanun pozuntuları və "qabiliyyət imtahanları" üçün rüşvət yığımının Bəxtiyar Rüstəmovun kabinetində saat 1800-dan sonra aparılması barədə yazı dərc olunduqdan sonra sanki onlar "izi itirməyə"nail olublar.Belə ki dərc olummuş tənqidi məqalədən sonra qabiliyyət imtahanı ilə bağlı vətəndaşların qəbulunu və rüşvət yığımını 7-ci mikrorayonda yenicə kirayələnmiş ofisə köçürüblər.

   Ən dəhşətli hallardan biri də ləvğ edilmiş MTN-nin sabiq şefi Eldar Mahmudovun yaxın qohumu və Eldar Mahmudov haqqında kitab müəllifi olan Dilqəm Quliyevin əvvəlki kimi Akademiyada "at oynatmasıdır".Rektor Fuad Hacıyevin etimadını qazanmaq üçün canfəşanlıq edən Dilqəm Quliyev, korrupsiya mənbəyi sayılan qabiliyyət imtahanı götürən komissiyanın üzvliyinə real namizədlərdən sayılir.O, bu işlərin başında duran Bəxtiyar Rüstəmovun "sağ əli"nin olduğu bildirilir. Redaksiyamıza daxil olmuş başqa bir informasiyada isə Akademiyada baş alıb gedən ciddi maliyyə maxinasiyalardan bəhs edir.Bu barədə araşdırmalarımız var.

    Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam