Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Futbol millimizin yekun heyəti açıqlandı -"İslamiada-2017"

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb.

Yenixeber.org:   Məlumata görə, baş məşqçi Yaşar Vahabzadə yekun siyahıda 23 futbolçunun adını qeyd edib.

Məlum olduğu kimi, İslamiada-da yaşı 23-dən az olan gənclər çıxış edəcəklər - üç oyunçudan başqa. Baş məşqçisi Yaşar Vahabzadə bu üçlüyə Rəşad Sadiqovu, Ruslan Abışovu və Ağabala Ramazanovu daxil edib.

Ümumiyyətlə isə siyahıda ən çox oyunçu ilə “Qarabağ” təmsil olunub. Çempionun 5 futbolçusu millinin şərəfini qoruyacaq.

“Sumqayıt” və “Neftçi”nin isə 4 üzvü Yaşar Vahabzadənin sərəncamında olacaq. “Qəbələ” və “Zirə”dən 3, “Kəpəz”dən isə 2 oyunçu milli komanda üçün tər tökəcək. Legioner həyatı yaşayan futbolçulardan yalnız 1 nəfər milliyə dəvət alıb. Maraqlıdır ki, çempionatın bürünc medalçısı “İnter”in heç bir oyunçusu milli məşqçilərinin diqqətini çəkməyib.

 

Beləliklə, heyətlə tanış olun:

Qapıçılar: Emil Balayev (“Səbail”), Şahrudin Maqomedaliyev (“Qarabağ”), Tərlan Əhmədli (“Sumqayıt”).

Müdafiəçilər: Məqsəd İsayev, Ruslan Abışov, Rahil Məmmədov (hamısı “Neftçi”), Yusif Nəbiyev, Azər Salahlı (hər ikisi “Sumqayıt”), Tellur Mütəllimov (“Qəbələ”), Adil Nağıyev, Sadiq Quliyev (hər ikisi “Zirə”).

Yarımmüdafiəçilər: Fəhmin Muradbəyli (“Neftçi”), Mirabdulla Abbasov (“Suqmayıt”), Elşən Abdullayev, Coşqun Diniyev (hər ikisi “Qarabağ”), Rəşad Sadiqov, Elvin Camalov (hər ikisi “Qəbələ”), Vüqar Mustafayev (“Zirə”), Azad Kərimov, Orxan Əliyev (hər ikisi “Kəpəz”), Elnur Cəfərov (“Duqopolye” Xorvatiya)

Hücumçular: Mahir Mədətov, Ağabala Ramazanov (hər ikisi “Qarabağ”)

Daha bir maraqlı məqam. İslamiada-nın açılış mərasimi 12 mayda olacaq. Amma futbol yarışları ayın 8-də başlayacaq. Azərbaycan yığması Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşlə bir qrupda oynayacaq. Birinci oyun 8 mayda Kameruna qarşı olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam