Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Salxım söyüd

 

 

Yenixeber.org:   (Ardı)

 

Atası nəzərlərini televizordan ayırıb Şənliyə baxdı. Nə oldu? ay oğul elə bir günlükmü gəlmişdiniz? Bir neçə gün qalaydınız barı dedi.

Şənlik :- Elə o fikirlə gəlmişdik ata. Səhər işdən zəng vurdular. Vacib layihə var onun işləmləri başlayıbdır. O layihədə mən də iştirak edirəm. Əldən buraxa bilmərəm dedi.

Şənlik qəsdən Nərmini çay gətirməyə göndərmişdi ki, söhbəti açıb sakitcə həll etsin. Nərmin də, hal əhli idi. Şənliyin də, Bəyim arvadın da, hal-xasiyyətini öyrənmişdi.Bir onu bilmirdi ki, bacı-qardaş axşam söhbətləşmiş, onu qorumaq, gəlin ilə qaynananın arasının açılmasına yol vermək istəmədilər.

Bu söhbət heç Bəyim arvadı açmadı. Biristədietirazetsin. Sonranə düşündüsə fikrindənvazkeçdi.

Nərmin əlində çaystəkanı mətbəxdən çıxanda Şənliksözünü bitirmişdi.

Gəlin Şənliyinbujestinianlayabilməsə də, ürəyində birməmnunluqhissiduydu.Çünki Şənlikbuerkənyazdakəndə gəlməyixoşlamırdı. “Nə olubqoyyazbirazoturuşsungedərikdə”, deyibNərminifikrindəndöndərməyə çalışmışdı. İndi üç yüz altımış kilometr yolu bir gün üçün gəldiyini və səhərisi qayıdacağını kimsə ona desəydi buna inanmazdı.

Nərminin üzündə kədər qarışıq bir sevinc var idi. Şənlik onun gözlərinə uzun sınayıcı bir nəzər saldı. Onu bağrına basmaq, uşaq kimi oxşamaq, nəvazişli sözlərlə könlünü almaq keçdi ürəyindən. Anasının dünənki hərəkətinin düşünəndə xəcalət çəkirdi

Bəyim arvad heç bir soz demədən ayağa qalxıb mətbəxə keçdi. Orada qərar tuta bilməyib həyətə düşdü. Gəlin qaynatasinin boşalmış stəkanını götürüb mətbəxə keçdi. Çay süzüb gətirdi. Stolun arxasında Şənliklə yanaşı oturub minnətdarlıq dolu gözlərilə onu süzüb baxışları ilə təşəkkür etdi. Şənlik də öz növbəsində ona nəvazişli bir nəzər salıb xəfifcə gülümsündü. Stolu yığışdırıb qab qaşığı mətbəxə apardı. Mətbəxdə su şırıltısı qab qaşıq cingiltisi gəlirdi. Gəlin mətbəxdən çıxanda üzü gülürdü. O, birinci dəfə idi ki, Niyaldan şəhərə qayıtmğa bu qədər can atırdı. Niyalı tanıdığı vaxtdan bu günə kimi heç vaxt şəhərə getməyə belə can atmamışdı. Hələ indiyə kimi heç vaxt bu evdən tez getmək, qurtulmaq kimi hisslər keçirməmişdi. Şənilik ona baxanda üzündə kədərqarışıq bir sevinc gördü. Bu sevincin arxasında nələr var idi. Onu bilmirdi.

Atası: bəs meydana getməyəcəksənmi bala? - Deyə oğluna xitabən səsləndi. Şənlik otağa keçmişdi. Yola çıxmaq üçün hazırlaşırdı.Nərmin otağa daxil olub soruşdu:

-Niyə yalan danışdın daha tutarlı bir səbəb düşünə bilmirdinmi?

-Şənlik başını qaldırıb Nərminin üzünə diqqətlə baxdı və bu sualın nə məqsədlə verildiyini bilmək istədisə də, buna nail ola bilmədi. Gəlin əl sumkasını açıb məqsədsiz məramsız onu qurdalayır, vaxt öldürüdü.

Şənlik pencəyini geyinIb eyvana çıxdı. Ətrafa nəzər saldı. Atası həyətdə dayanmışdı. Pillələri enib ayaqqablıarını geyindi. Gözləri ilə anasını axtardı. Bəyim arvad qızılgüllüyün içində dayanıb əlində qayçı, yeni açmış qızılgül gönçələrini bir-bir seçirdi. Nərimin eyvanda göründü və Şənliyin baxışlarının istiqaməti ilə baxıb qaynanasının yeni açan qızılgülləri neçə kəsdiyini gördü. Özündən asılı olmayaraq: Kəsməyin günahdır!

-Necə qıyırsız onlara?

Bu sözlər fəryad kimi səsləndi Bəyim arvadın qulaqlarında. Elə bildi Nərmin ondan salxım söyüdün hesabını sorur.

Bir anlığa duruxsa da:Daha gedirsiniz də, nə edək. Burda qoxlamadınız, heç olamasa aparın şəhərə otağınıza qoyarsınız.

 

***

Maşın kənd yolunda ləngər vura-vura gedirdi.Bütün varlıq qış yuxusundan ayılmışdı.Təbiətdə bir canlanma, hiss olunurdu.Yol iki tərəfdən yaşıl çəmənliklərlə əhatə olunmuşdu.Məxmər kimi yaşıl otlar göz oxşayırdı.Əlvan çiçəklər bu mənzərəyə xüsusi bir gözəllik verirdi.Bəzi ağaclar çiçəklərini tökmüş, bəziləri öz çiçəkləri ilə təbiətə xüsusi bir gözəllik verir,könülləri oxşayırdı.Qışdan çıxmış meşənin boz rəngi, indi yaşıl-göy rənglərə gülümsəyirdi.Yeni açmış fidan yarpaqlar böyümək üçün bəhsə girimişdi.Tanrı baharı ərmağan göndərmişdi.Niyal bu lacivərd gözəlliyin içində firuzə qaş kimi parıldayırdı.Günəş tellərindən özünə bəzək vururdu.

Evdən çıxandan indiyə kimi yolda bir ins-cins görməmişdilər.İnsanlar zəmilərdə, işləyirdilər.Bostanlar əkilir, bağlardakı ağacların gövdəsi əhənglə ağardılır,ciçəkliklər qaydaya salınırdı.Hər tərəf yam-yaşıl idi.Yolların kənarı nəm idi.Bəzi yerlərdə su gölməçələri, görünürdü.Adda-budda heyvan rizlərinə yığılmış sular nəzərə çarpırdı.Maşın yolu isə quru idi.Onlar kəndə gələndən yağış yağmasa da, əvvəlki günlər görünür bolluca yağmışdı.Yol qıraqlarında torpaq daha tünd rəngdə idi.Məxmər bir yaz gəlmişdi.Getdikcə mənzərələr bir-birini əvəz edirdi.Yol kənarları minbir rəngə çalan çiçəklərlə dolu idi.Boynubükük bənövşə kol diblərinə sığınıb nişanlı qızlar kimi yaşınırdı.Arxa oturacaqda dinməzcə oturub təbiəti seyr edirdi.Şənliyin getmək qərarını ürəyində alqışlayırdı.“Nə yaxşı ki, ara açılmamış, qaynanası olan-qalan ipliyini ortaya qoymamış buradan çıxdıq” deyə düşünürdü.Bununla belə qəlbində bir ağırlıq, qüssə vari idi.

Qarşıda Qıraq tala kəndinin evləri göründü.Bu Niyalla maqistral asvalt yolun arasındakı yeganə kənd idi.Bu yol ona İsveçrənin yaşıl dolmabac yollarını xatırladırdı.Hələ orta məktəbdə oxuyanda Respublika inşa müsabiqəsində Heydər Əliyev haqqında yazdığı yazı müsabiqəsində birinci mükafatçılarından biri idi. Dörd ölkə: Almaniya, İtaliya, Fransa və İsveçə səyahət qrupuna düşmüşdü. Respublika müsabiqəsi iştirakçılarının qalibləri ilə birgə, həyatında ilk dəfə olaraq sərbəst, evdəkilərdən ayrı səfərə çıxmışdı.Avropa səyahətinə getmişdilər. Şənliklə tanış olub, nişanlanandan sonra bu yerlərə gələndə, bu yolu görəndə: aman allah elə bil İsveçrədəyəm- deyə düşünmüşdü. Indi yenə həmin o “İsveçrə” yolunda idilər.Kənddən başlayıb maqistrala qovuşan bu yol burula-burula meşəliyin içərisinə girməkləhər iyirmi metrdən döngələrlə irəliləyirdi.Yol meşəliyə girəndə elə bil tunelə girirdin. Pip ağacları hər iki tərəfdən yola əyilib qucaqlaşmışdı.Təbii uzun bir tunel əmələ gətirmişdilər.Burada bu yola xüsusi baxım var idi.Yol kənarlarındakı hündür ağaclar böyüdükcə zaman –zaman arıtlanmış, sonra sərbəst buraxmışdılar.Yuxarıda ağaclar ruzigarın təsirindən biri-birinə dayaq durublar kimi birləşib yolun üstünü örtmüşdü.Qışda bu yola qar, yayda isə gün düşmürdü.Yol iki tərəfdən meşəlik idi. Alt meşəlik yoldan xeyli dərin idi .Yuxarıdan baxanda yaşlı dənizdi xatırladırdı.Yaşıl vadi kimi görünürdü.Təbuu “tunel”yaşıllıqların içərisi ilə burula-burula uzanırdı.Yerli cammat buranı” nazirlər məhləsi” adlandırırdı.

İrəlilədikcə yolun alt tərəfindəki meşə tədricən yolla bərabərləşirdi. Elə buradaca sıx meşəlikdə Bakının adlı sanlı iş adamları, vəzifə sahiblərinin bir-birbirindən cah-cəllalı imarətləri, yerləşirdi. Nazirlər məhləsi” nin də öz qayda qanun var idi.Hündür barılarla əhatəyə alınmış bu villalara quş quşluğu ilə uça bilməzdi.Yerli camaatın dişi bağırsağın kəsirdi.Bu gülüstanda qurulan kef məclislərinin harın hayqırtıları, gülüş səsləri, həyətlərdə şişə çəkilən kababın məsteci ətri elə də firavan yaşamayan əhalini qıcıqlandırırdı. Kababın ağızlarını sularından ətrini hiss edən dəli Heybət əlinə bir parça çörək alıb villalara yaxın bir yerdə bardaş qurub oturardı. Soruşanşlara da, deyirdi ki, kabab çörək yeyirəm .Dəlidən doğru xəbər.Ara işlərində işləyib çörək pulunu çıxaran Dəli Heybətə diqqətlə qulaq asanda onun heç də, dəli olmagı anlaşılırdı.Yaşı 35-i keçmiş dolu bədənli qaraşın oğlan çox fəhləlik etmişdi bu villaların tikildiyi vaxt. O vaxtlar özü demiş: can qoymuşdusa da, pul da qazanmışdı.Yollarını yolaqlarını yaxşı bilirdi. Bəzən villardan birinin darvası açıq olanda çəkinmədən həyədə də giriərdi. Bunun üstünda az qalmışdı həyatını itirsin. Yada adamı həyətdə görən ev yiyəsi: bu kimdir? Nə məqsədlə gəlib!Dəli Heybət o vaxt kötələnmədən canını qurtara bilməsə də, bir növ bu villara vəsiqə qazanmışdı.Onun tənha və ağıldan kəm olduğunu və həyətlardə işləməklə bir parça çörək qazandığını anlayanda rəhmləri gəlmişdi.Fəhləlik edəndə ona fikir verməmişdirlər.Səhərdən gəlib başını aşağı salıb işləyərdi.Nahar vaxtı evdən gətirdiyi yavanlıqsız çörəyini yeyib işinə davam edirdi.Evlər o zamn dalbadal tirkilirdi.Dəli Heybəti o zaman küçədə boş-boş gəzən görmək olmurdu.Tikinti işləri səngiyəndə Dəli Heybət yenə küçələrdəvaxt öldürürdü.Sonradan bu lal baxışlı cüssəli insanın zərərsiz bir varlıq olduğuna inanmışdılar.Bəzən hətta bu imarətlərdən bişən yeməklərin tör töküntüsündən ona göndərərdi bu imarətdə işləyən və yerli adamlardan olan, işçilər.

Dəli Heybət yay fəslini çox sevirdi.Yay-qış kəndin küçələrinin daimi sakini idi.Bir gün kənd içində görünməyəndə onunla maraqlanırdıkənd əhli.Yay fəsli istirahətə gələnlərlə dolurdu kənd.Kim Bakıdan gəlirdisəgedirdi o həyətə dinməzcə bir kənarda dayanıb baxaırdı. Bu “nazirlər məhləsi”Niyaldan aralı da olsa artıq o kəndin camaatı da Dəli Heybətə alışmışdı. Bilirdilər ki, yay olanda mütləq gələcək “nazirlər məhləsi” böyür başında hərlənəcək. O,da, bir cür bədbəxt  idi.

Yolun “nazirlər məhləsi”ndən keçən hissəsində Nərminin Dəli Heybəti xatırlaması da təsadüfi deyildi.Onlar da Niyala gələndə Dəli Heybət sakitcə həyətə girib bir tərəfdə dayanardı.Bəyim arvad ona fikir verər də unudardı.Xətrinə dəyməzdi.İmkan tapan kimi, bişirdiyi dadlı ləzzətli yeməklərə mütləq qonaq edərdi.

Nə qədər canlı lövhələr, unudulmaz xatirələr vardı!..Niyal onun üçün doğmadan dogma idi. On ildən artıq bir vaxtda  qəlbinin dərinliklərində iz salmış o rəngarəng qiymətli və silinməz xatirələr, yatırdı.

Nərmin də öz növbəsində “nazirlər məhləsi”nə ad vermişdi.“İsveçrə cənnəti” adlandırırdı. İndi bu “İsveçrə cənnəti”nə çatanda : - Əzizim mümkünsə  bir az asta sür maşını dedi.

Şənlik : baş üstə canım mələyim.

Bir azdan bu yol bitəcək,ana yola birləşəcəkdi.Yolun alt tərəfində magistral yola bir az qalmış Meşə üçbucaq şəkilində zəminin içərilərinə doğru uzanırdı. Bu üçbucaqın sonunda iki yaraşıqlı villa yerləşdirdi.Evlər üçbucağın sonunda yanaşı tikilmişdi.İki sevgilini xatırldan bu villa İsveç cənnətinin son akkordları idi.Deyilənə görə buranı şou biznes müğənnilərindən biri tikdirmişdi.Bir-birinin eynisi oan villanın birini özünə digərini isə öz sevgilisi, xanım müğənni üçün tikdirərək ona hədiyyə etmişdi.Sevgililər xarici kinolarda olduğu kimi bura gəlib dincəlir vaxtlarını keçiriridilər.Lakin hadisələr heç də sevgililərin istədiyi kimi olmamış, onlar valideynlərinin təkidi ilə ayrılmalı olmuşdurlar.Elə o vaxtdan bəri sevgililər bu villaları tərk etmiş bir daha bura dönməməişdilər. Bu yaşıl üçbucağın sonunda yerləşən yaraşıqlı villalar sevgililərdən vəfalı çıxmış, bir-birindən aralanmamışdılar........... Villaların günçıxan istiqamətində inşa olunaraq günəşin düşmə bucağının düz ortasında qərar tutmuşdu. Səhər günəş doğanda evin aynalı şüşələrinə düşən günəş şüaları geri qayıdaraq qarşıdakı yaşıl vadiyə  qırmızı yaşıl şüalar ələyirdi. Günortanın düz otrasında şüanın spektiri dəyişib maqistral yolun üstündə sıralanan palıd ağaclarının yaşıl yarpaqları üzərindəcilvələnirdi.Sanki nakam sevgililərin uğursuz məhəbbətini yolçulara nağıl edirdi.

Nağıla oxşayan bu həqiqət insanın qəlbini riqqətə gətiridi.Sevgililərin tərk etdiyi tənha  vilların yanından ötəndə Nərminin qüssələnirdi. Odur ki, indi bu yolun”isveç cənnəti” nin sona çatmasını istəmirdi. Yaşıl üçbucağın sonundaqoşa tənha villaları görüb daha da kədərlənəcəkdi.Elə bunu düşünmək ona bəs idi.Yenə sözsüz söhbət edirdilər.Urəyi ilə danışırdı. Kaş bu “isveç cənnəti”bir az da uzanaydı. Nərminin düşüncələrini duymuşdu deyəsən.Sürəti tamam azaltmışdı.İkisi də fərqli şəkildə  eyni şeyi düşünürdü. Şənlik Nərminin Niyala israrla gəlişini, Nərimin isə onun belə asanlıqla geri dönməyə nəinki, razı olmsı, hətta təklif etməsini götür-qoy edirdi.

Əyləci basıb sürəti lap aşağı şkalada qoydu.Mənzərələr bir- birini əvəz edirdi.Meşə yolu artıq bitmək üzrə idi.Bir azdan yol hər iki tərəfdən əhatəyə alındığı meşədən xilas olub düzənliyin qoynuna qirdi.Yolun bu hissəsinin də ayrı bir gözəlliyi vardı. Yaşıl otlar məxmər kimi yol qıaqlarını  bəzəmişdi. Əlvan çiçəklər bu mənzərəyə xüsusi gözəllik verirdi.Bəzi ağaclar bahar çiçəklərini tökmüş, bəziləri isə hələ də çiçəkləri ilətəbiətə xüsusi gözəllik verir, könülləri oxşayırdı.Şaxtanın yandırdığı zəmilər al əlavan idi.Ətraf yaşıl rənglərə gülümsəyir, ağ-bəzəkli kəpənlklər əlvan çiçəklərin üzərində rəqs edirdi.Təbiət  bu yaz gözəlliyi içində parıldayır, günəşin qızılı tellərindən özünə bəzək vururdu.

Asfalt yola az qalırdı.

Fikri göz işlədikcə uzanan yaşıl vadinin dərinliklərində cövlan edirdi.

Maşın bir anlığa elə bil müvazinətini itirdi.Ləngər vurdu.Sağa sola ləngərlədi, nəhayət kəskin bir tormoz verib dayandı.Nərimin sövqi-təbii ilə qapının dəstəyini möhkəm sıxmışdı.Həyəcanla, səssiz, lakin təəccüb içində Şənliyə baxanda onun təəsüf ifadə edən baxışlarını gördü. Şənlik tələsik qapını açıb maşından çıxdı .Nəzərləri ilə onu izləyirdi. Maşınınqarşısında, yolun düz ortasında kiçik quşcuğaz hərəkətsiz düşmüşdü.. O da, qapının açıb maşından düşdü. Şənlik quşun yanında çömbəlib otumuşdu.Quşun gözləri açıq idi.Təlaşla  onlara baxırdı.İnsanları görüb qalxmaq, uçub getmək istəyirdi.Qüvvəsini toplayıb sağ qanadını yüngülcə yerə çırpdı.Uçmaq istəyirdi.Bacarmadı. Bir də güc verdi... Qanadı qırılmışdı deyəsən.Nəriminin ürəyi əsdi.Gözlərimi yumdu.Qulağına həzin bir səs gəldi. Sanki quşcuğaz öz hüznlü mahnısını oxuyurdu:...

Uçanların qanadı qırılmasın.....

Gözlərini açmaq quşcuğazın yalvarışla dolu təlaşlı gözlərinə baxa bilməyəcəyini anladı.Açdı gözlərini.Quşcuğaz hələdə, uçmaq aralanmaq istəyi ilə zəif-zəif çırpınırdı. Gözlərində bir etiraz hiss etdi onun. Elə bil kimisə qınayırdı.Nərminin qulaqlarında onun hüzünlü mahnısı səslənirdi.

Uçanların qanadı qırılmasın.....

Şənlik dönüb qəmli baxışları ilə Nərmini süzdü.Sözsüz baxışdılar.Əyilib ehmalca yaralı heyvanı əlinə aldı.Onaelə gəldi ki, quşcuğaz qanadının qırılmasına təəssüf edir, sağ qalmasına yanırdı. Barmağı ilə ehmalca quşun yaralı qanadına toxundu.Yatımlı tükləri insan əlinin təmasındanmı, yaxud duyduğu ağrıdanmı, qorxudanmı pırpızlandı.Gözlərini əlacsız -əlacsız insan övladına zilləyib aciz-aciz baxırdı.Şənlik:- mən bunu uzaqdan gördüm.Elə bil əcəlinə uçurdu.Ön şüşəni nişangaha götürdüyünü anlayanda artıq geç idi.Buna baxmayaraq,gah sağa, gah da, sola verdim.Qaçırmaq istədim.Amma burada seçim qalmamışdı.Qaçırmaq olmadı.Düz ön şüşəyə zərbə ilə dəydi.Qanadı qırlmış zavallının. Nə vaxta sağalar ki.... Erkəyi haradasa gələcək.Bəlkə də buralardadır.İzləyir olanları.Zavallı tarana getdi.Nərmin səhər-səhər bu uğursuz uçuşu, yaralı quşun hadisəsini sınamayacaqdı.Ani qərarı idi.Onsuz da ovqatı yaxşı deyildi.Şənliyinin də kefini qaçırmaq istəmirdi. Odurki, öz-özünə söz verdi ki, bu hadisəni ürəyinə salmayacaq.

 -Gəl,Nərmin bunun yarasını sarıyaq dedi. Mən düşünürəm ki, heyvançığaz intihar edib.Yoxsa bunun erkək tayı yığmışdı indi məsləkdaşlarını bura.İndi burda civiltidən dayana bilməzdik.Qulaqlarımız batacaqdır.Görünür erkəyi ilə dalaşıb küsüb.İrəli uçub aralanıb.Sonra da, özünü məhv etmək üçün maşının şüşəsinə çırpdı.

Diksindi bu sözdən.Şənliyə yaxınlaşıb yaralı quşa nəzər saldı.Quş qanadlarını sallamışdı.Bir qanadı heç tərpənmirdi.Diqqətlə baxıb yaranı yoxlamaq istədi.Aşağı əyilib adını bilmədiyi bir otun zoğ vurmuş hissəsini qırdı.Yarpaqlarını təmizləyib qatladı.Kiçik maşa şəklinə saldı və quşun yaralı qanadının tüklərini həmin bu yumuşaq təbii alətlə astaca aralıb baxır zədələnən yeri tapmağa çalışırdı.İkisi də kövrəlmişdi.Quşu nəzazişlə sığallayıdı.

Maşından, bint, qayçı gətirdi.Ürəyi sıxılırdı.Bu intihar sözü heç xoşuna gəlmədi.İkilikdə quşcuğazın yarasını sarıdılar.Sonra quşu yol kənarındakı iri palıd ağacının yastı budağının üzərinə qoydular.Şənlik zarafatla:otur burda meşəni seyr et bir azdan sevgilin də gəlib könlünü alar dedi. Amma sən mənim Nərminimin qanını yaman qaraltdın ay küsəyən.İnsanla danışırmış kimi gülə-gülə barmaq silkələdi. Bir də küsəndə özünü maşına vurma dedi. Şənliyin yaralı quşla belə zarafatyana saqollaşması,barmaq silkələməsi çox məzəli alındı .

Maşına oturanda palıd ağacında rahatladıqları yaralı quşcuğaza canlı insanla vidalaşırmış kimi, əlini yuxarı qaldırıb yellədi.

Qanadı qırılmış quş yastı palıd budağının üzərində oturub aşağı yaşıl vadi kimi görünən təzə yarpaqlamış yaşıl meşəyə qüssəli –qüssəli baxırdi.....Sanki quşcuğaz öz hüznlü mahnısını oxuyurdu:... Uçanların qanadı qırılmasın.....

Nərmin arxaya boylanıb, palıd ağacı kiçilib balacalana və nəhayət geridə, bir-birini əvəz edən gözəl mənzərələrin arxasında gözdən itənəcən baxdı.Düşünürdü.Quşcuğaz da nakam sevgililərin tənha qalmış qoşa villasınının yanında çırpılmışdı maşının ön şüşəsinə.Fikri hələ də yol kənarındakı palıdın yastı burağının üstündə yerləşdirdikləri yaralı quşcuğazın yanındaydı.Şənliyin özündən uydurduğu bu intihar söhbətinə inanan kimi olmuşdu.Düşünürdü.Maşın şəhərə doğru şütüyürdü.Fikirliydi.Gah dan üzü kəndin üzərinə ələnən sevgi etiraflı mahnını, gah da yaralıquşcuğazı düşünürdü.Şənliyin fikri yoldaydı.

            Bir azdan gözləri xumarlanmağa başladı.Yuxuya getmişdi.Başı yüngülcə sola əyilmiş, saçınıdan bir dəstə teli ayrılıb üzünə düşmüşdü.

Şənlik yolla baş-başa qalmışdı.

 

Ardı var

Natavan Niyal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam