Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Türkiyəli deputatlar AŞPA-nın sessiyasında iştirak etməyəcəklər –RƏSMİ AÇIQLAMA

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarına etiraz əlaməti olaraq Türkiyə nümayəndə heyətinin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif Milliyyətçi Hərəkət Partiyasından (MHP) olan üzvləri qurumun plenar sessiyasının işində iştirak etməyəcəklər.

Yenixeber.org:   Bu barədə AŞ PA-da Türkiyə nümayəndə heyətinin rəhbəri, AKP-dən olan millət vəkili Talib Küçükcan bildirib.

T.Küçükcan deyib ki, rəsmi Ankara AŞ PA-nın bu qalmaqallı qərarını şiddətlə qınayır: "Bu qərar terrorçuları və qiyamçıları cəsarətləndirən bir qərardır".

Türkiyə nümayəndə heyətinin müxalif CHP və HDP-dən olan üzvləri isə plenar sessiyasının işində iştirak edəcəklərini bildiriblər.

Qeyd edək ki, Türkiyənin AŞ PA-da nümayəndə heyətinin 18 üzvü var – 10 AKP, 5 CHP, 2 HDP və 1 MHP.

Xatırladaq ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam