Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Musa Pənahov nazir müavini təyin olundu

musa

 

Musa Pənahov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunub.

Yenixeber.org:   “APA”ya istinadən məlumata görə, 2017-ci il fevralın 13-də prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Adıçəkilən qurum Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsasında yaradılıb.

Sərəncamda qeyd edilib ki, nazirliklərin birləşdirilməsində əsas məqsəd dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaqdır.

Prezidentin digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Bunadək R. Quluzadə rabitə və yüksək texnologiyalar naziri olub.

Nəqliyyat naziri Ziya Məmmədov isə vəzifəsindən kənarlaşdırılıb.

M.Pənahovun təyinatı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavinlərinin sayı 4-ə çatıb. Əli Abdullayev birinci müavin, İltimas Məmmədov və Elmir Vəlizadə isə müavindir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam