Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rəsmi Bakının yolu haradı?

 

 

   "Xeberinfo.com": “ABŞ dövlət katibi Con Kerri Cənubi Qafqaza səfər edəcək, ancaq hələlik səfərin dəqiq tarixi məlum deyil”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.

“Ötən həftə Vaşinqtonda idim və dövlət katibi Con Kerri ilə görüşdüm. O, Cənubi Qafqaza səfər etməyi çox istəyir, amma hələlik səfərin məhz nə zaman baş tutacağı məlum deyil”, deyə səfir Morninqstar qeyd edib.

Səfirin bu açıqlamasının arxasında müxtəlif mülahizələr durur. Con Kerrinin Cənubi Qafqaza, o cümlədən Azərbaycan səfərinin məhz ABŞ-ın ölkəmizdəki səfirinin dilindən səsləndirilməsini bəzi ekspertlər hesab edir ki, rəsmi Bakı çox böyük seçim qarşısındadır. Çünki Azərbaycan hökuməti xarici siyasətiylə bağlı qərar verməlidir. İnidyə qədərki balanslı siyasət heç bir işə yaramır. Ekspertlərin fikrincə, Azərbaycana Rusiya və Qərbin önəmli fiqurlarının intensiv şəkildə səfər etməsi bunu deməyə əsas verir. Təkcə son iki ayda Fransa prezidenti Fransua Ollandın, İsveçrənin prezidenti, həm də ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterin, Avropa Birliyi komissiyasının sədri Joze Manuel Barrozanın, eyni zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Rusiya baş nazirinin müavini Dmitri Roqozin səfərlərini misal göstərmək olar. Bu səfərlər məhz yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan hökumətinin xarici siyasətiylə bağlıdır. Əgər İlham Əliyev Barrozayla görüşdən sonra Qərbə inteqrasiyadan danışmışdısa, Rusiyadan gələn heyətin səfərinin əsas məqsədi bunu əngəlləmək, Azərbaycanı Avrasiya İttifaqına qoşmaqdı. Azərbaycan hökumətinin xarici siyasətlə bağlı qərarının necə olacağı hələlik bəlli deyil. Ölkə başçısı Avropaya inteqrasiyadan danışır, ancaq onun komandasında olan önəmli şəxslər Rusiyaya reveranslar edir. İlham əliyevin sədri olduğu YAP-ın rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzeti qərb, xüsusilə də ABŞ əleyhinə kampaniya aparır.

Əgər Barrozanın səfəri nəticəsiz yekunlaşarsa, Qərb rəsmi Bakının Avropaya inteqrasiya etməsi üçün danışıqlara Con Kerrini göndərəcək. Ekspertlər də hesab edir ki, Kerrinin Cənubi Qafqaza səfərinin anonsu da məhz bu səbəbdən yayılıb.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə Con Kerrinin səfəri baş tutarsa bu Rusiyanın Ukraynaya müdaxiləsindən sonrakı vəziyyətlə bağlıdı: “ABŞ məhz Cənubi Qafqaz regionuna öz diqqətini nümayiş etdirir. ABŞ bura səfər etməklə Rusiyaya o mesajı verir ki, Cənubi Qafqaz bizim üçün prioritet bölgələrdən biridi. Cənubi Qafqazın təhlükəsizliyi ABŞ üçün önəmlidi”.

Fuad Qəhrəmanlı deyir ki, anonsu verilən səfərin ikinci əsas məqsədi Qərbə inteqrasiyasa istiqamətində müzakirələrin aparılmasıdı: “İkinci əsas məsələ Qərbə inteqrasiyadı. Gürcüstanın bu məsələdə mövqeyi bəllidi. Ermənistan Rusiya yönümlü siyasət yürüdür. Bu kursun Con Kerrinin səfəriylə Ermənistanın dəyişməsi real deyil. Qeyri-müəyyən  vəziyyətdə məhz Azərbaycan görünür. Daha çox bu səfərdə ağırlıq Azərbaycanla bağlı məsələnin həll olunması olacaq. Azərbaycanın Qərbə inteqrasiyası istiqamətində addımlar atması, insan hüquq və azadlıqların boğulmasıyla bağlı yaranmış gərginliklərin müzakirə mövzusu olacağı şübhəsizdir. İki ölkənin enerji, təhlükəsizlik sahəsində əməkdaşlığının inkişaf etdirilməsi perespektivləri aktual, müzakirə olunması ehtiyac olunan məsələlədirdi”.

 

AXCP sədrinin sözlərinə görə, iki ölkə arasında yaranmış problemlərin həlli müzakirə tələb edir: “Çünki münasibətlər günü-gündən pisləşməyə doğru gedir. NATO-nun Parlament Assambleyasının toplantısında ABŞ çox kəskin şəkildə Azərbaycan rəsmilər tərəfindən ittiham olundu. Bu problemlərin çözümə qovuşdurulması gərəkdi. Azərbaycanın xarici siyasət kursunda Rusiya meyilliyinin get-gedə qabarması, Rusiyapərəstliyin aşkar şəkildə nümayiş etdirilməsi Azərbaycana diqqət yetirməyi və bu məsələləri müzakirə etməyi ehtiyac yaranır. Bu baxımdan səfərdə əsas məqam Azərbaycanla bağlıdı. Bu səfər baş tutacaqsa ABŞ Azərbaycana növbəti dəfə öz prioritetlərini çatdıracaq. Azərbaycanın Qərbə inteqrasiyası zamanı gözlənilən Rusiya təhlükəsinə qarşı ABŞ verə biləcəyi dəstək məsələsi də müzakirə olunacaq. Eyni zamanda Qarabağ məsələsidə müzakirə oluna bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam