Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Raket sınağı bu dəfə də uğursuz oldu -Şimali Koreyada

Şimali Koreyanın keçirdiyi növbəti raket sınağı da uğursuz olub.

Yenixeber.org:  Xarici KİV-ə istinadən məlumata görə, raket Hamqyon-Namdo əyalətinin Sinpxo rayonundan buraxılıb.

Pentaqondakı mənbə bildirib ki, raket, böyük ehtimalla, qitələrarası olmayıb və buraxıldıqdan dərhal sonra partlayıb.

ABŞ prezidenti Donald Tramp və hazırda Cənubi Koreyanın paytaxtına yollanan vitse-prezident Mayk Pens Şimali Koreyanın keçirdiyi uğursuz raket sınağı barədə məlumatlandırılıblar.

Yaponiya hökuməti isə Şimali Koreya tərəfindən növbəti raket buraxılışı ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Qeyd edək ki, bir il əvvəl Şimali Koreyanın Kim İr Senin ad günü qeyd olunduğu 15 aprel tarixində keçirdiyi ballistik raketi sınağı da uğursuzluqla nəticələnmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam