Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Kimyəvi silahımız yoxdur" -Suriya XİN başçısı

 

"Moskva, Tehran və Dəməşq Suriyada terrorçuluğa qarşı birgə mübarizəni davam etdirəcək".

Yenixeber.org:  Məlumata görə, bunu Suriyanın xarici işlər naziri Valid Muallem iranlı və rusiyalı həmkarları ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında bildirib. 

"Mən Rusiya və İrana verdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Suriya torpağını terrorçulardan təmizləməyə davam edəcəyik", - deyə Suriya XİN başçısı vurğulayıb. 

V. Muallem qeyd edib ki, Dəməşq zəhərləyici maddələrdən istifadə etmir. “Dəfələrlə bəyan etmişik ki, bizdə kimyəvi silah yoxdur. Buna Kimyəvi silahların qadağan olunması üzrə Təşkilatı da şahiddir. Han-Şeyhunda baş verənlər qurama aksiyadır. Suriya hərbi hava qüvvələri Han-Şeyhunda kimyəvi silahla heç bir hədəfi vurmayıb. Biz terrorçulara və öz xalqımıza qarşı kimyəvi silahdan istifadə etmirik. Harada və nə vaxta baş verməsindən asılı olmayaraq kimyəvi silahdan istifadəni qınayırıq. Məhz buna görə də Han-Şeyhunu və Şayrat aviabazasını ziyarət edəcək eynəlxalq ekspert qrupunun formalaşdırılmasını tələb edirik. ABŞ və müttəfiqləri belə komissiyanın yaradılmasından niyə qorxurlar? Niyə bu komissiyanın formalaşmasına qədər təcavüz aktına imza atdılar? ABŞ-ın zərbələrinə heç cür haqq qazandırmaq olmaz".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam