Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Orta məktəblərdə müəllimlərin diplomları yığılır –2000 nəfər işdən çıxarıla bilər

 

saxta-diplom

Təhsil Nazirliyi orta məktəblərdə işləyən müəllimlərin diplomlarını yığmağa başlayıb.

Yenixeber.org:  BakiPost.az-a daxil olan məlumata görə, proses 1992-ci ildən indiyə kimi unversitet bitirmiş və məktəblərdə çalışan müəllimləri əhatə edir. Diplomların yığılmasında məqsəd saxta diplomlarla çalışan müəllimləri aşkarlamaqdır.

Əldə etdiyimiz məlumatlara görə, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarında orta məktəblərdə müəllimlərin diplomları artıq yığlıb.

İşin icrası hər bir rayonun Təhsil Şöbəsinə tapşırılıb. Diplomlar yığılandan sonra isə Təhsil Nazirliyinə təhvil verilib.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov 2014-cü ildə orta məktəblərdə 2000-ə yaxın müəllimin saxta diplomla çalışdığını bildirmişdi: “Biz dəqiq sayı bilmirik, amma haradasa 2000 saxta diplomlu şəxs, əsasən də Azərbaycanın rayonlarındakı orta məktəblərdə dərs deyir. Bu gün biz onların hamısını adbaad bilirik. Əldə etdiyimiz bütün məlumatları, o cümlədən onlara saxta diplom verənlərin adlarını da Baş Prokurorluğa vermişik. Onların arasında təhsil sistemindəki rəhbərlər də var. Mənim bildiyimə görə, Baş Prokurorluq onlarla bağlı iki dəfə məlumat yayıb. Hələ ki biz elə «müəllimlər»i dayandıracaq icazəni ala bilməmişik”.

Onu da bildirək ki, ötən il Azərbaycanda saxta diplomlu 555 müəllim aşkarlanıb. Bu diplomların çoxu Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filialları tərəfindən verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam