Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycanlı şiələr İŞİD-lə savaşa hazırlaşırlar

 

    "Xeberinfo.com": Xəbər verildiyi kimi, Suriyada ən radikal müxalif qruplaşma kimi tanınan “İraq-Şam İslam Dövləti” (İŞİD) İraqda bir sıra ərazilərə nəzarəti ələ keçirib. 
Hər gün gələn xəbərlərdə yüzlərlə insanın öldürüldüyü və yaralandığı deyilir. 
İraq hökumətinin İŞİD qüvvələri ilə bacara bilməməsi, döyüşlərdə ağır itkilər verməsi və eyni zamanda bir sıra region dövlətlərinin bilərəkdən məsələyə məzhəb savaşı donu geydirməsi prosesləri daha da mürəkkəbləşdirir. İŞİD-in yayılan xəritəsində Türkiyə və Azərbaycanın da olması təhlükənin yaxında olduğu deməyə əsas verir. İŞİD-in terror əsdirməsi gözlə görünsə də, İŞİD-in arxasında olan əlləri gözlə görmək olmur. Həmin əllərin bu ixtilafı məzhəb savaşına döndərmək cəhdləri uğursuzluqla nəticələnir. Sünni və şiə məzhəbləri arasında çaxnaşma yaratmaq istəkləri baş tutmur. 
Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, Azərbaycanın dini aktivliyin yüksək olduğu rayonlarında yaşayan şiələr İŞİD-ə qarşı döyüşlərə hazırlaşır. Onlar şiə müctəhidlərinin fətvasını gözləyirlər. Aldığımız bəzi məlumatlarda isə deyilir ki, 100-ə yaxın azərbaycanlı İŞİD qruplaşmasına qarşı savaşmaq üçün İraqa yollanıb. İranın dini lideri Xamneyinin tərəfdarları isə ondan cihad fətvası gözləyirlər. 
Belə bir fətvanın olacağı təqdirdə azərbaycanlı şiələrin döyüşmək üçün İraqa getməsi nə qədər doğrudur? Bu məsələni aydınlaşdırmaq üçün dini ekspert Kənan Rövşənoğluya müraciət etdik.
K.Rövşənoğlunun sözlərinə görə, İraqda iri şəhərlərə İŞİD terrorçularının hücumundan sonra dinc əhalinin və İslam dininə görə müqəddəs ziyarətgahlara təhlükə yaranmasını əsas gətirərək əvvəlcə ayətullah Sistani, daha sonra digər alimlər və eləcə də İraq sünni alimlər təşkilatı cihad fətvası verib: "Ancaq nüfuzlu şiə müctəhidi ayətullah Sistaninin fətvası daha çox müzakirə olunur. Bu cihad fətvası "cihad difa", yəni müdafiə cihadıdır. İslama görə, alimlər yalnız müdafiə məqsədli cihad fətvası verə bilər”.
Ekspertin sözlərinə görə, Azərbaycanda olan müsəlmanların Sistaninin fətvasına əsasən İraqa getməsi real deyil: “Ayətullah Sistaninin fətvası fərz-kifayi hökmündədir. Yəni bu fətvaya əsasən savaşa qatılmaq, yalnız savaş üçün kifayət edəcək şəxslər qatılarsa digər müsəlmanlar üçün vacib sayılmır. Yəni İraqda terrorçulara qarşı savaşmaq üçün 100 min insan kifayət edərsə, digər insanlara artıq bu hökm vacib deyil. Eyni zamanda fətvada terrora qarşı savaşanlara kömək edilməsi şərti var. Bu mənada Azərbaycandan və ya digər ölkələrdən müsəlmanların Sistaninin fətvasına əsasən İraqa getməsi real deyil. Dini baxımdan fətva bunu tələb etmir. Seyid Əli Xamneyinin tərəfdarlarının ondan fətva gözləməsinə gəldikdə isə onu deyə bilərəm ki, hələ ki, belə bir fətva verilməyib. Əgər Xamneyi şiələrin İraqa gedərək döyüşməsi fətvasını verərsə, o zaman bu mümkün ola bilər”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam