Redaktor seçimi
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Yüzlərlə azərbaycanlının diri-dirini yandırıldığı məscid –
51 ilin neftçisi fəryad edir:
Alimin “İntihar kəndiri”:
Biləsuvarda analoqsuz “torpaq hərracı”:
Bir səfilin harayı:
Günün xəbəri

Qış gəlməmiş,dəm gəldi!

 

       Astara rayonunda dəm qazından boğularaq ölən ana və 3 azyaşlı uşaq dəfn edilib."xeberinfo.com"nun aldığı məlumata   görə, dəfn mərasimində kənd sakinləri ilə yanaşı yerli icra strukturlarının nümayəndələri də iştirak ediblər. Kənd icra nümayəndəsi Tofiq Əliyev çıxışında dəfn və yas mərasimi ilə bağlı bütün xərcin rayon icra hakimiyyətinin öz üzərinə götürdüyünü deyib.

     Qeyd edək ki, ailənin başçısı 1982-ci il təvəllüdlü Şahid Əbdülhseyn oğlu Qəhrəmanov Dağıstanın Xasavyurd rayonunda fəhləliklə məşğul imiş. Ona hadisə barədə xəbər veriləndən sonra dəfn mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.

      Araşdırmalar zamanı isə ev sahibəsi Leyla Qəhrəmanovanın hadisədən əvvəl atasının və qardaşının mobil telefonlarına zəng edərək “kömək, kömək” qışqırdığı, sonradan əlaqənin kəsildiyi məlum olub. Həmin vaxt Leyla Qəhrəmanovanın atası və qardaşı Lənkəran şəhərində olublar. Onlar Leylaya zəng etsələr də, cavab verən olmayıb.

    Qeyd edək ki, Astara rayonun Şiyəkəran kənd sakini, 1981-ci il təvəllüdlü Leyla Əkbər qızı Qəhrəmanova və onun 3 oğlu - 2006-cı il təvəllüdlü Şəmkar, 2008-ci il təvəllüdlü Məhəmməd və 2010-cu il təvəllüdlü Rza evdə ölmüş vəziyyətdə aşkar olunublar.

    Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunublar. Meyitlər müayinə olunub və onlarda hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Onların dəm qazından boğulduqları bildirilir.

      Hər iki  faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.  

 

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr