Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Coca-Cola”nın okeanlara vurduğu şok zərər -"İndependent" yazır

“Coca-Cola”nın okeanlara vurduğu şok zərər -

Yenixeber.org:  Böyük Britaniyanın İndependent qəzeti “Coca-Cola”nın plastik şüşələrinin okeanlara təsirini müəyyən etmək üçün araşdırma aparıb. Qəzetin bu sahə üzrə müxbiri Tom Baydenə görə, şirkətin okeanlara verdiyi zərər "şokedici dərəcədədir". 500 müxtəlif markaya sahib olan “Coca-Cola” hər il 100 milyarddan çox birdəfəlik istifadə olunan plastik şüşə satır.

Qəzetin yazdığına görə, “Coca-Cola” 2010-cu ildə bir dəfəlik istifadə edilən şüşələrin işlərini davam etdirmək üçün lazımlı bir model olmadığını söyləmişdi. “Coca-Cola” hər il nə qədər plastik şüşə istifadə etdiyinə dair bir açıqlama verməsə də, İndependent-in araşdırması şirkətin hər saniyə 3500 birdəfəlik plastik şüşə satdığını göstərir.

Məsələ ilə bağlı Yaşillar Partiyasının İngiltərədəki lideri Karoline Lukas qəzetə verdiyi açıqlamada "Coca-Colanın açıq-aşkar çirkləndirmə siyasəti real bir qalmaqaldır" ifadələrini işlədib. "Coca-Cola”-nın plastik çirkləndirmə böhranındakı roluna baxmayaraq məsuliyyət daşımaqdan yayınır, amma okeanlarımızın mədəsində Coca-Cola plastik şüşələrinə daha yer qalmadı"- deyə Greenpeace-in böyük okean kampanıyasının nümayəndəsi Louise Edge bildirib.

Araşdırmaya görə, şirkətin bir dəfəlik istifadə olunan şüşələrinin yalnızca 7 faizində geri qaytarılmış plastikdən istifadə olunur. Qəzetə açıqlama verən “Coca-Cola” nümayəndəsi isə "Grenpeace-ə paketləmə strategiyamız barədə danışarkən onlardan belə bir açıqlamanın gəlməsi bizi xəyal qırıqlığına uğratdı " deyib.

35 milyard sterlinq dəyərində dövriyyəyə sahib olan “Coca-Cola”-nın ilik gəliri 6,5 milyard sterlinq təşkil edir. Özünü məsulliyyətli və ambisiyalı şirkət olaraq tanıtmaq istəyən “Coca-Cola” hər il 3,2 milyard sterlinq xərcləyir.

Qəzetin yazdığına görə, “Coca-Cola” hər gün dünya üzrə 1,9 milyon içki satır. Dünyada plastik çirklənmə səbəbiylə dəqiqədə bir yük maşını dolusu plastik qab okeanlara qarışır.Bu üzdən də dəniz quşlarının 90 faizinin mədəsində plastik şüşə aşkar edilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam