Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

"Ölkəmizdə nə qədər savadlı insan olarsa, inkişaf bir o qədər sürətli olar" -Əli Əhmədov

eli_ehmedov_yeni

“Dünyada olan qlobal problemlər hər kəsi narahat edir. Biz bu problemlərin həllinə birgə çalışmalıyıq. Buna baxmayaraq, Azərbaycanda sabit şərait var. Dövlət vətəndaşlar üçün bütün imkanları yaradıb. Dünyanın heç də hər yerində insanlar təhsil ala bilmirlər. Elə ölkələr var ki, orada insan heç normal qidalana da bilmirlər”.

Yenixeber.org:  Məlumata görə, bunu baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov 132-134 saylı məktəb kompleksində dayanıqlı inkişafla bağlı keçirilən açıq dərs zamanı deyib.

O bildirib ki, dünyada qanlı toqquşmalar davam edir: “Bir neçə gün öncə, Suriyada xeyli uşaq həyatını itirdi. Dünyada bir çox ölkələr inkişaf edir, insanların həyat şəraiti yaxşıdır. Elə ölkələr də var ki, orada vəziyyət acınacaqlıdır”.

Onun sözlərinə görə, Azərbaycan dövlət səviyyəsində qlobal problemlərin həllinə dəstək verir: “Yaxşı təhsil, savad ölkənin inkişafına zəmin yaradır. Ölkəmizdə nə qədər savadlı insan olarsa, inkişaf bir o qədər sürətli olar. Bir insanın xoşbəxtliyi odur ki, o, həm də qarşıdakını xoşbəxt görür. Biz istəyirik ki, dünyanın hər yerində inkişaf olsun, sabitlik olsun, aclıq, toqquşmalar olmasın”.

Ə.Əhmədov qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələri təhsilə üstünlük verirlər: “O yer də ki səfalət, toqquşmalar var, orada təhsil yoxdur. Azərbaycan cəmiyyəti dünyanın problemlərinə həssas yanaşır. Dünyanın hər yerində ədalət bərqərar olmalıdır”.

Baş nazirin müavini Dağlıq Qarabağ probleminə toxunub: “Əgər biz Afrikada və digər ərazilərdə ədalətin bərpa olunmasını istəyiriksə, özümüzə də ədalət tələb edirik. Azərbaycanın Dağlıq Qarabağ ərazisi işğal olunub, bu məsələnin həllində dünya birliyinin ədalətli olmasını istəyirik”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam