Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"60-a yaxın ölmüş adamın adına pensiya yazılmış və mənimsənilmişdir" -Bərdə rayon DSMF-də özbaşınalıq

DSMF-nın Bərdə rayon şöbəsinin müdiri rayondakı müəsissə və təşkilatların işçilərini yenidən saf çürük edir?

Yenixeber.org:   Son illər mətbuatda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şəhər və rayon şöbələrində baş verən özbaşınalıqlar, süründürməçiliklərlə bağlı silsilə yazıların getməsi ondan xəbər verir ki, qurumun şöbələrində vəziyyət  heç də ürəkaçan səviyyədə deyil. Belə ki, bəzi şöbə müdirləri arxalarında dayanan himayəçilərinin müdafiəsinə arxalanaraq vətəndaşları süründürməçiliyə məruz qoyur və onların hüquqlarını pozurlar.Səlim Müslümov DSMF-də islahatlar aparmasına baxmayaraq hələki, ciddi problemlər qalmaqdadır. Mediatv.az-a daxil olan məlumatda qeyd olunur ki,  DSMF-nin yerli  qurumu vətəndaşları süründürməklə məşğuldur . Belə ki,verilən məlumata görə DSMF-nin Bərdə rayon şöbəsində 60-a yaxın ölmüş adamın adına bir ilə yaxın pensiya yazılmış və mənimsənilmişdir.Sonra ölülərin ünvanlarına bildiriş yolladaraq bu pulların dövlətə ödənilməsi tələb edilmişdir.Mediatv.az-a verilən məlumata görə bildiriş almış vətəndaşların əksəriyyəti DSMF-yə gələrək yaxınlarının çoxdan rəhmətə getdiyini və ölum aktının vaxtında onlara təqdim etdiklərini bildiriblər.Bundan sonra DSMF-nin işçiləri təşvişə düşmüş və bu məsələ barədə heç bir kəsə məlumat verməməyi xahiş etmişlər.Biz bu məsələnin nə dərəcədə həqiqət olub-olmamasına aydınlıq gətirmək üçün DSMF Bərdə rayon şöbəsinin müdiri Raqub Məmtiyevlə əlaqə saxladıq.Raqub müəllim belə bir halın oduğunu təsdiqlədi və Baş prokror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırıldığını bildirdi.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam