Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

“Rusiya və İran da daxil olmaqla Əsədi dəstəkləyənlər xülyadan ayılmalıdırlar” -ABŞ-ın dövlət katibi

“Rusiya və İran da daxil olmaqla Bəşər Əsədi dəstəkləyib müdafiə edənlər onun niyyəti ilə bağlı xülyadan ayılmalıdırlar”.

Yenixeber.org:   “Haber7”yə istinadən xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Bəşər Əsədin Suriyada kimyəvi silahdan istifadə etməsinə münasibət bildirərkən deyib.

R.Tillerson vurğulayıb ki, Əsəd rejimi kimyəvi silahdan istifadə etməklə vəhşiliyini, barbarlığını təsdiqləyib.

“Öz xalqına qarşı kimyəvi silahdan istifadə edən kimliyindən asılı olmayaraq, insanlığı unudub və məsuliyyətə cəlb olunmalıdır”, – deyə R.Tillerson Rusiya və İrana müraciətində bildirib. 

BBC-nin məlumatına görə, aprelin 5-də BMT Təhlükəsizlik Şurası Suriyadakı rejimin başçısı Bəşər Əsədə bağlı Hərbi Hava Qüvvələrinin İdlib əyalətini bombalayan zaman kimyəvi silahdan istifadə etməsi ilə bağlı məsələni müzakirə edəcək. Təhlükəsizlik Şurasının 5 daimi üzvündən üçü – Rusiya, Çin istisna olmaqla ABŞ, Britaniya və Fransa nümayəndələrinin məsələ ilə bağlı qətnamə layihəsi hazırlayıblar. Şurada həmin qətnamə layihəsinin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, aprelin 4-də səhər saatlarında İdlibin Xan Şeyhun şəhərinin bombalanması nəticəsində 100-dən çox dinc sakin ölüb, 500-ə yaxın mülki şəxs isə kimyəvi bombadan zəhərlənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam