Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Bankların bağlanması davam edəcək" –“Moody`s”-dan Azərbaycanla bağlı bədbin proqnoz

“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda fəaliyyət göstərən bankların sayının azalmasını proqnozlaşdırır.

Yenixeber.org:   Agentliyin kiçik vitse-prezidenti Mariya Malyukova “APA-Economics”ə açıqlamasında bildirib ki, bu il Azərbaycanın bank sektorunda “təmizləmə” davam edəcək:“Hesab edirəm ki, bank sektorunda “təmizləmə”, yəni bankların sayının azalması prosesi bu il də davam edəcək”.

Onun sözlərinə görə, banklar indiyədək manatın devalvasiyasının neqativ təsirləri ilə mübarizə aparmaqdadırlar. “Təbii ki, hazırda bankların əsas məqsədi problemli kreditlərlə mübarizə aparmaqdır. Başqa sözlə, əsas hədəf kreditlərin restrukturizasiyası və qaytarılması, o cümlədən risklərin minimallaşdırılmasıdır. Banklar qarşısında duran əsas çağırışlardan biri də problemli kreditlərin həcminin artması fonunda mənfəətin azalması, kreditləşmənin azalması və faiz dərəcələrinin artmasıdır. Kredit itkiləri və valyuta riskləri səbəbindən kapitallaşma aşağı səviyyədə olaraq qalır”, – deyə M.Malyukova qeyd edib.

Vitse-prezident əlavə edib ki, bank sektorunun depozit portfelində dollarlaşma yüksək səviyyədə qalmaqdadır: “Bəzi bankların açıq valyuta mövqeyi qalmaqdadır ki, bu da onları istənilən məzənnə volatilliyinə qarşı həssas edir”.

“O qədər də asan olmayan iqtisadi şəraiti və bank sektorunda qalmaqda olan riskləri nəzərə alaraq deyə bilərəm ki, bu il üçün Azərbaycanın bank sektoru üzrə proqnozumuz neqativ olaraq qalır”, – deyə o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam