Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ölkədən külli miqdarda valyutanın çıxarılmasının qarşısı alındı -Gömrükdə əməliyyat

 

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

 

Yenixeber.org:  Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Tehran aviareysilə getmək istəyən İran vətəndaşı Amirahmadi Mohammadrezanın əl çantası rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.

 

Vətəndaş saxlanılıb və onun əl çantası yoxlanılıb. Nəticədə, çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 172 ədəd - hər biri 100 ABŞ dolları nominalında pul əsginasları olmaqla, cəmi 17 200 ABŞ dolları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam