Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Türkiyədəki qiyamın təşkilatçısı ABŞ diplomatları ilə məsləhətləşib -ŞOK TƏFƏRRÜAT

Türkiyənin güc qüvvələri 15 iyul dövlət çevrilişinə cəhdin ehtimal edilən təşkilatçılarından biri olan Adil Öksüzün mobil telefonuna ABŞ-ın İstanbuldakı Baş konsulluğundan zəng edildiyini müəyyənləşdiriblər.

Yenixeber.org:  Ankara prokurorluğundakı mənbə "Anadolu" agentliyinə iyulun 21-də A.Öksüzə edilən həmin zəngin ABŞ diplomatik missiyasında qeydiyyatdan keçən nömrədən gəldiyini deyib.

Bu fakt prokurorluq tərəfindən yaxın günlərdə məhkəməyə təqdim ediləcək istintaq aktında qeydə alınıb.

Qeyd edək ki, ötən ilin noyabrında Ankara prokurorluğu Türkiyədə dövlət çevrilişinə cəhdin iki əlaqələndiricisi - A.Öksüz və Kamal Batmazın 2016-cı ildə 4 dəfə ABŞ-da olduqlarını bildirib.

Sakarya Universitetinin əməkdaşı olmuş A.Öksüz çevriliş cəhdindən dərhal sonra saxlanılmış, lakin sonra sərbəst buraxılmışdı. Hazırda axtarışa verilib.

Xatırladaq ki, 2016-cı ilin 16 iyul gecəsi Türkiyədə qiyamçılar qrupu hərbi çevrilişə cəhd edib. Əsas qarşıdurma Ankarada və İstanbulda yaşanıb. 240-dan çox türk vətəndaşı həlak olub, 2 mindən çox insan yaralanıb və sonda qiyam yatırılıb. Türkiyə hakimiyyəti çevriliş cəhdinə iştirakda Fətullah Güləni suçlayır və ABŞ-dan onun ekstradisiyasını tələb edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam