Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Renat Dadaşov Azərbaycan millisini seçib -1 milyon dollar müqabilində

renat

Almaniyanın məşhur “Bild” nəşri Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı şok məlumat dərc edib.

Yenixeber.org:  Adıçəkilən sayta istinadən xəbərə görə, gənc hücumçu Azərbaycan yığmasını pula görə seçib.

Belə ki, Renatın yığmamızı seçməsini qəribə hadisə kimi təqdim edən müəllif bunun müqabilində futbolçunun 1 milyon dollar qazandığını iddia edib: “Təəssüf ki, “Ayntraxt”ın istedadlı futbolçusu Almaniya yığmasını seçmədi. Böyük perspektiv vəd edən Dadaşov DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı meydana çıxacaq. Halbuki o, Almaniyanın U-17 millisində keçirdiyi 15 oyunda 13 qol vurmuşdu. Dadaşov Azərbaycan yığmasına üstünlük verdiyi üçün 1 milyon dollar qazanacaq və eyni zamanda ona ev veriləcək. “Leyptsiq”də olarkən aylıq məvacibi 2500 avro olan futbolçu məhz pula görə Azərbaycan millisinin təklifini qəbul etdi”.
Qeyd edək ki, Renat Dadaşov sabah keçiriləcək Azərbaycan – Almaniya matçında millimizin heyətində debüt edə bilər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam