Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakının mərkəzində torpağın sotu 1 milyona qalxdı

 

 

Paytaxt sürətlə dünyanın ən bahalı şəhərlərindən birinə çevrilir; hətta Avropanın mərkəzi şəhərlərini belə geridə qoyur

   "Xeberinfo.com": Bakının mərkəzində 1 sot torpaq sahəsinin qiyməti 400-500 min dollardır. Paytaxtın elə yerləri var ki, məsələn, Səbayel rayonunda 1 sot torpaq sahəsinin qiymətinin 1 milyon dollarla ölçülməsi mümkündür. Bunu echo.az saytına Davamlı İnkişafı Araşdırma Mərkəzinin sədri Nəriman Ağayev deyib.

Onun sözlərinə görə, bu cür yüksək qiymətlər Azərbaycanın torpaq bazarında manipulyasiya deyil. Qiymətlər Bakının mərkəzi rayonlarında torpağa tələbat və onların rentabelliliyi ilə bağlıdır.  Sahibkar torpaq alaraq orada ev tikir. 5-6 mərtəbəni tikdikdən sonra o, təmiz qazanc əldə edir. 10-12 mərtəbəli bina tikərək xərclədiyi vəsait qədər pul qazana bilir. Bu səbəbdən də belə tələbat var. Tələbat olduqca, qiymətlər düşməyəcək.

“Yeni Müsavat”ın araşdırmalarına görə, Bakının torpaq bazarında qiymətlər şişirdilib. Çünki bir qayda olaraq daşınmaz əmlak, o cümlədən də torpaq bazarında qiymətlər əhalinin real gəlirlərinə adekvat olmalıdır. Məsələn, Türkiyədə orta aylıq əmək haqqı 4 min lirədir, dollarla hesablasaq 2500 dollardır. 

Bu yaxınlarda məşhur iş adamı Rza Zərrab və həyat yoldaşı, müğənni Ebru Gündəşin boğaza (İstanbulda boğazətrafı ən bahalı ərazi sayılır) mənzərəsi olan yerdə 2 villa alması barədə məlumat yayıldı. Bu 2 villa 4 hektar ərazini əhatə edir və ümumi dəyəri 25 milyon dollardır. 4 hektar ərazi 400 sot torpaq deməkdir. Yəni İstanbulun ən bahalı ərazisində torpağın 1 sotu 62,5 min dollardır.  Nəzərə alın ki, 400 sot torpaq quru ərazi kimi yox, tikililərlə birlikdə satılıb. Yəni İstanbulun ən bahalı ərazisində sırf torpağın qiyməti 62,5 min dollardan da ucuzdur. Bakının mərkəzində eyni ölçülü ərazi (söhbət 4 hektardan gedir) 400 milyon manata və ya 500 milyon dollara satılır. Belə çıxır ki, Bakının mərkəzi İstanbulun elit ərazisindən düz 20 dəfə bahadır. Əhalinin orta aylıq gəlirləri arasında fərq isə 5 dəfədir - İstanbulda orta aylıq gəlir 2000 min manat (4000 min lirə), Bakıda isə 400 manatdır. Bu absurdun son həddidir. İstanbulda orta aylıq gəliri olan vətəndaş kredit yolu ilə özünə rahatca torpaq, ev ala bilər, Bakıda isə orta aylıq gəlir nəinki daşınmaz əmlak almağa, heç normal dolanışığa belə bəs etmir.

Eyni sözləri orta aylıq gəlirin 3 avrodan az olmayan Avropa şəhərləri barədə də demək olar. Bakıda daşınmaz əmlakın qiymətləri London, Berlin, Paris kimi şəhərləri belə geridə qoyub.  Adi bir müqayisə. Londonun mərkəzinə yaxın ərazilərdə villalar 15-20 sot torpaq sahəsi ilə birlikdə 600-800 min dollara satıldığı halda, Bakının mərkəzinə yaxın ərazilərdə, məsələn, metronun “Gənclik”  stansiyasının yaxınlığında 4 sot boş torpağın qiyməti 1 milyon manatdır - 1,2 milyon dollardan çox.

Torpağın qiymətinin belə fantastik həddə olması mənzillərin də bahalaşmasına gətirib çıxarır. Yenə Türkiyə nümunəsinə müraciət edək. 18 milyon əhalisi olan İstanbulda yeni tikililərdə 3 otaqlı ev təmir olunmuş şəkildə 45-50 min dollara müştərilərə təklif edilir. Bakıda isə nəinki eyni ölçülü, hətta 1 otaqlı mənzili belə bu qiymətə tapmaq mümkün deyil. İstanbulda 45-50 min dollara satılan mənzillər Bakıda ən azı 150-200 min dollara müştərilərə təklif edilir.  Mərkəz və mərkəzə yaxın ərazilərdə isə bu qiymət 500 min dollara qədər yüksəlir. Özü də İstanbuldan fərqli olaraq təmirsiz (“podmayak”) formada. 

Əgər daşınmaz əmlakın qiyməti ilə əhalinin real gəlirləri arasında disbalans varsa, onda qiymətlər şişirdilmiş qiymətlər sayılır. Daşınmaz əmlak bazarını idarə edən oyunçular qəsddən belə situasiya yaradıblar ki, torpaq və əmlak satışından küllü fantastik gəlirlər götürsünlər. 

2006-ci ildən ölkəyə axan neft dollarları daşınmaz əmlak bazarında qiymətlərin süni şəkildə artımına gətirib çıxardı. Neft dollarlarının əhəmiyyətli kəsimi investisiya layihələrinə yatırıldı ki, bu da tikinti sektorunun canlanmasına səbəb oldu. Bu amildən faydalanan tikinti sektorunun bosları dərhal torpağı, tikinti materiallarını bahalaşdırmağa başladılar. Bu tendensiya neft pulları minimuma enənə qədər davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam