Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Çempionlar Liqasında növbəti oyunlar keçiriləcək -1/8 final mərhələsinin cavab oyunları

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində növbəti görüşlər baş tutacaq.
Yenixeber.org:   Matçlardan biri İspaniyada, digəri Almaniyada keçiriləcək.
Avropanın ən titullu komandalarından olan “Barselona” Fransanın PSJ klubunu qəbul edəcək. Bu kollektivlərin Parisdə baş tutan ilk görüşündə sensasiya qeydə alınıb. Unai Emerinin baş məşqçisi olduğu komanda Kataloniya təmsilçisini Anxel Di Maria (2), Julian Draksler və Edinson Kavaninin qolları ilə üstələyib. Bu səbəbdən “Barselona” üçün 0:4 hesablı məğlubiyyətin əvəzini çıxmaq çətin olacaq.
Almaniyada isə Dortmund “Borussiya”sı Portuqaliyanın “Benfika” komandasını qonaq edəcək. Lissabonda keçirilən ilk matçda rəqibini Konstantinos Mitroğlunun qolu ilə məğlub edən qonaqlar səfərdə də müsbət nəticə əldə etmək istəyirlər. Lakin “Borussiya” öz meydanında inamlı təsir bağışlayan bir kollektiv kimi tanınır. Təsadüfi deyil ki, Dortmund təmsilçisi Almaniya çempionatının cari mövsümündə 11 ev oyunundan 8-də qalib gəlib, 3-dən isə bir xalla ayrılıb.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
8 mart
23:45 “Barselona” (İspaniya) – PSJ (Fransa)
Baş hakim: Deniz Aytekin (Almaniya)
İlk oyun – 0:4
23:45 “Borussiya” (Dortmund, Almaniya) – “Benfika” (Portuqaliya)
Baş hakim: Martin Atkinston (İngiltərə)
İlk oyun – 0:1

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam