Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sabahkı futbol matçının biletinin qiyməti:17 min dollar

Sabah Rusiyanın Rostov şəhərində Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində yerli “Rostov” klubu İngiltərənin məşhur “Mançester Yunayted” klubunu qəbul edəcək.

Yenixeber.org:   Rusiya mətbuatına istinadən xəbərə görə, bu oyunun biletləri uzun müddətdir ki, satılıb qurtarıb. Hazırda onları yalnız “qara bazar”da əldə etmək mümkündür. Qiymətlər isə fantastik həddə çatıb.

Belə ki, avito.ru alqı-satqı saytında yerləşdirilmiş bir elanda “Rostov”-MU oyununun bir bileti 1 milyon rubla (təxminən 17 min dollara) satışa çıxarılıb. Həmin saytda stadionun tribunalarının o qədər də yaxşı sayılmayan sektoruna biletin qiyməti 20 min rubldur (340 dollar). Bu, hazırda mövcud olan ən ucuz qiymətdir.

Maraqlıdır ki, 17 min dollardan qat-qat aşağı xərc çəkməklə cavab oyununu canlı izləmək üçün Mançesterə təyyarə ilə 1 həftəlik səfər etmək mümkündür.

Matç sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və televiziya ilə canlı yayımlanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam