Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Gəncə şəhər 10 saylı məktəbdə 8 Mart bazarlığı:40-50 manat “hədiyyə” tələb olunur

      Gəncə şəhər 10 saylı məktəbdə 8 Mart bazarlığı:

 

Yenixeber.org: Redaksiyamızın elektron poçtuna bir qrup imkansız valideyin adından axmedova.aynur.83@mail.ru elektorn ünvanından şikayət məktubu daxil olub. Məktubda Gəncə şəhərindəki  10 saylı məktəbdə yaşanan özbaşınalıqlardan bəhs olunur. Bu sırada isə 8 mart bayramı münasibəti ilə məktəbin direktoru Arzu Əliyevanın şagirdlərdən 40-50 manat “hədiyyə” tələb etməsi valideyinlərin kütləvi narazılığına səbəb olur. Mövzunun aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:  

“Gəncə şəhərindəki  10 saylı məktəbdə 8 mart bayramı ilə əlaqədar şagirdlərdən pul yığılır. Pul məktəbin direktoru Arzu Əliyevanın göstərişi ilə toplanır. Arzu  Əliyeva məktəbi rüşvət və korrupsiya bataqlığına çevirib. Məktəbdə hər şey rüşvətlə həll edilir. Qarşıdan gələn 8 mart günü münasibəti ilə  də  pul yığılır. Bu proses hər il bütün bayramlardan qabaq  gedir. Məktəbdə yığılan pulların çoxu Arzu Əliyevaya çatdığından  pullar onun şəxsi göstərişi ilə yığılır. Bu bayramla əlaqədar  Gəncə şəhərindəki 10 saylı məktəb  "gücləndirilmiş iş rejiminə” keçib. Həmin "rejim” isə ondan ibarətdir ki, indidən müəllimlər şagirdlərə bayram hədiyyəsi ilə bağlı xəbərdarlıq edib. Hər kəsə məlumdur ki, mart ayı girər-girməz məktəblərdə "mart yığımı”nın qızğın dövrü başlanır. Necə deyərlər, belə fürsət hər zaman ələ düşmür. İndi əsl məqamdır. Müəllimə gül dəstəsi bağışlamaq  Arzu xanımın direktor olduğu məktəbdə  əskiklik sayılır. Arzu müəllimənin fikrincə gül dəstəsi, ya süpürgə, fərqi yoxdu. Şagirdin başına çırpır o gülü. Elə sözlər deyir ki, adam mat qalır. Kasıb uşağa da yuxarıdan aşağı baxırlar ki, niyə pul gətirmirsən? Valideyn də övladı başı aşağı olmasın deyə, məcbur qalıb borc da olsa tapıb pul verir.Təhsil Nazirliyi  də 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə şagirdlərdən pul yığılması ilə bağlı  guya barmaq silkələyib. Amma nə fayda , kimdi Mikayıl Cabbarovu vecinə alan.. . Dərd burasındadır ki, valideynlər bu çirkin pulyığımı kampaniyasının aparıcı üzvlərinə çevriliblər. Pul yığılmasını  Arzu xanıma yaxın olan bəzi  valideynlər həyata keçirir.Arzu xanımın göstərişi ilə  hər şagirddən 40-50  manat məbləğində pul yığılması tələb olunur. Təhsil nazirliyində Mətin müəllimə arxayındır , onu qoruyan adam var, ona görə də  istədiyini edir.Gəncə şəhərində hamı   yaxşı bilir ki, Arzu xanım açıq bazar yaradıb. Təhsil İdarəsinin müdiri Zakir Hüseynova da demişik. Amma o da heç  bir  tədbir görmür. Pul vermək istəməyən valideyinlər hər cür təhqir olunur, ələ salınır, yuxarıdan aşağı baxırlar ki, niyə pul  gətirmirsən? Bu məsələ nə vaxta kimi davam edəcək? Şəxsən mənim həmin məktəbdə 3 uşağım təhsil alır, mən hardan tapım onlara pul verim? Hörmətli redaksiya xahiş  edirik ki,bu məsələni ictimailəşdirəsiz”.

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam