Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Çinin bank sistemi dünyada liderdir" -“Financial Times”

cin bank

Çinin bank sisteminin həcmi avrozonanın bank sisteminin üstələyərək dünyada lider olub.

Yenixeber.org:   Bu barədə “Financial Times”ın hesabatında deyilir. Belə ki, 2008-ci il maliyyə böhranından sonra Çin iqtisadi artımı stimullaşdırmaq üçün bank kreditləşməsinin həcmini artırıb. Bununla da Çindəki bankların məcmu aktivləri 2016-cı ilin sonunda 33 trln. ABŞ dollarına çatıb və 31 trln. dollar həcmi olan avrozona banklarının göstəricisini ötüb. Hesabat dövründə ABŞ bank sisteminin məcmu aktivləri 16 trln., Yaponiyanınki isə 7 trln. dollar təşkil edib.
Qeyd edək ki, Çin bank sisteminin məcmu aktivləri ölkənin ÜDM-i 3,1 dəfə üstələyir. Bu göstərici avrozonada 2,8 dəfə təşkil edir.

Bununla yanaşı, ekspertlər bildirirlər ki, Çinin kreditləşməni artırması ölkənin maliyyə sitemi üçün risklərin yaranmasına gətirib çıxarıb. Nyu-Yorkun “Cornell” universitetinin iqtisadçısı, Esvar Prasada (Eswar Prasad) görə, “Çin bank sisteminin böyüklüyü qururverici bir hadisə deyil. Bu, iqtisadiyyatın həddindən artıq bank kreditlərindən asılılığını göstərir. Bu, həmçinin maliyyə resurslarının qeyri-effektiv bölüşdürülməsini və problemli kreditlərin artmasına gətirib çıxarır.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam