Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qoşqar Zeynalovun əməlinə niyə hüquqi qiymət verilmir?:təkzibedici addımlarına görə

          

  İki il əvvəl heç bir əlaqəsinin olmadığını bildirdi, sonra şikayətçi oldu

 

Yenixeber.org: Medianın gündəm mövzularından biri də sabiq nazir müavini Arif Əsgərovun oğlu Elnar Əsgərovun da  adı hallanan dələduzluq faktları ilə bağlıdır. Xatırladaq ki, bu məsələdə zərərçəkmiş kimi Baş Dövlət Yol Polisi İdarəsində şöbə müdiri vəzifəsində işləyən Qoşqar Tofiq oğlu Zeynalovuun və Bakı şəhər sakini Emil Məmmədovun şikayəti əsasında Elnar Əsgərovun xalası oğlanları Rahib və Emin Hüseynov qardaşları barəsində ötən ilin sonunda həbs qətiimkan tədbiri seçilib. İstintaq Daxili İşlər Nazirliyinin (DİN) Baş istintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsi tərəfindən aparılır.

 İstintaqı davam edən bu cinayət işinə olan ictimai marağa da ciddi səbəblər var. Yayımlanan məlumatlara görə, Qoşqar Zeynalov DİN-ə şikayət edərək bildirib ki, Hüseynov Rahib İsmayıl oğlu onun etibarından sui-istifadə edərək Türkiyədən vaqon yataq dəstlərinin gətirilərək “Azərbaycan Dəmir Yolları” QSC-nə satmaqla əldə olunan gəlirin 10 faizini vəd verməklə 2011-ci ilin noyabr ayında 100 min ABŞ dolları, 15 yanvar 2012-ci ildə 500 min ABŞ dolları, 17 fevral 2012-ci ildə 2 milyon 500 min ABŞ dolları, 2012-ci ilin mart ayında 2 milyon ABŞ dolları, 2012-ci ilin aprel ayında 800 min ABŞ dolları və 2012-ci ilin may ayında 1 milyon 750 min manat məbləğində, ümumilikdə isə 5 milyon 900 min ABŞ dollarını, 1 milyon 750 min manatını mənimsəyib. Məsələnin xüsusi ilə maraqlı tərəfi isə 5 milyon 900 min ABŞ dolları və 1 milyon 750 min manat zərər vuran və zərərçəkən şəxslərin kimliyi ilə bağlıdır. Bu qədər böyük məbləğdə zərərə məruz qalan 1981-ci il təvəllüdlü Qoşqar Tofiq oğlu Zeynalov Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğlu, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğludur. İctimai arena üçün həm də maraqlı olan 36 yaşlı, Baş Dövlət Yol Polisi İdarəsində şöbə müdiri vəzifəsində işləyən Qoşqar Zeynalovun bu qədər sərvəti haradan və necə əldə etməsi ilə bağlıdır...

 Haşiyə - Bakı Metropolitenin sabiq rəisi Tağı Əhmədov Akif Çovdarovun qorxudaraq ondan aldığı 3 milyon ABŞ dollarını 44 illik əməkhaqqısı adlandırmışdı(?) İndi də ölkə ictimaiyyəti 5 milyon 900 min ABŞ dolları və 1 milyon 750 min manatın 36 yaşlı Qoşqar Zeynalovun neçə illik əməkhaqqısı olduğunu bilmək istəyir. Müvafiq dövlət strukturları bu məsələyə də aydınlıq gətirməlidir ki, gənc polis zabiti bu qədər böyük vəsaiti necə ələdə edib? (Bu haqda qarşıdakı günlərdə...)

 

 Qoşqar Zeynalovla bağlı aydınlıq gətirilməsi vacib olan ikinci məsələ də var: Rahib Hüseynovun həbsinə səbəb olan Qoşqar Zeynalovun şikayəti... Bu istiqamətdə yenixeber.org-a yeni məlumatlar daxil olub. Məlumatlarda Qoşqar Zeynalovun 20.02.2014-cü ildə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş ərizəsindən bəhs olunur. Qoşqar Zeynalov o zaman bu idarənin rəisi olmuş cənab Mirqafar Seyidova ünvanlanmış ərizəsində yazır: “Yazıb Sizə bildirirəm ki, Rahib Hüseynovla hər-hansı bir kommersiya faəliyyətim və əlaqəm olmayıb. Mən Rahib Hüseynova hər-hansı bir məbləğdə pul verməmişəm və ondan hər-hansı bir məbləğdə pul almamışam. Bu barədə R.Hüseynovun cinayət işi üzrə ifadə verərkən də bildirmişəm. Ona görə Rahib Hüseynovdan şikayətim və tələbim yoxdur. Xahiş edirəm bunu nəzərə alasınız”.

Bu sözlərin yer aldığı ərizəyə imza atan polis zabitinin təxminən iki il sonra-2016-cı ilin yanvarında həmin R.Hüseynovu etibardan sui-istifadə etməklə 5 milyon 900 min ABŞ dolları və 1 milyon 750 min manatını mənimsəmək kimi ağır cinayətdə ittiham etməsi xeyli suallar doğurur. Bu səbəbdən də aidiyyatı dövlət orqanları polis zabiti Qoşqar Zeynalovun o zaman istintaqa fərqli ifadə verməsinə aydınlıq gətirməli, əməlinə hüquqi qiymət verməlidir. Bu olayın cəmiyyətdə müəyyən rezonans doğurması bir yana, nəzərə alaq ki, bir polis zabitinin ziddiyyətli addımları söz konusudur.

Qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.

Mövzu diqqətimizdədir.

 

Müşfiq 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam