Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Oskar” mükafatının qalibləri açıqlandı:İranlı rejissor ikinci dəfə qalib oldu

“Oskar” mükafatının qalibləri açıqlandı:

Nüfuzlu “Oskar” mükafatının qalibləri məlum olub.

Xeberinfo.com:   “RİA "Novosti”-nin verdiyi məlumata görə, “Ay yolu” ilin ən yaxşı filmi nominasiyasında qalib olub.

“La-La Lend” filmində çəkilmiş Emma Stoun ən yaxşı qadın, “Dənizkənarı Mançester” filmində rol almış Keysi Afflek isə ən yaxşı kişi rolu nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

Filmin rejissoru Damyen Şazel ən yaxşı rejissor işi nominasiyası üzrə qalib olub.

“La-La-Lend” filmində səslənən “City of Stars” ("Ulduzlar şəhəri") kompozisiyası ən yaxşı mahnı, filmin bəstəkarı Castin Qurvits isə ən yaxşı bəstəkar elan edilib. Linus Sandqren “La-La-Lend” filmində ən yaxşı operator işinə görə “Oskar” qazanıb. “La-La-Lend”, həmçinin ən yaxşı quruluşçu-rəssam işi nominasiyasında da mükafatı qazanıb.

Ən orijinal ssenari nominasiyasında “Dənizkənarında Mançester" filmi “Oskar” qazanıb.

“Zveropolis” ilin ən yaxşı animasiya filmi hesab edilib.

ABŞ-a gəlməkdən imtina edən iranlı rejissor, “Oskar” laureatı Əsgər Fərhadinin çəkdiyi “Satıcı” ən yaxı əcnəbi film nominasiyasında “Oskar”a layiq görülüb.

Ən yaxşı vizual effektlərə görə “Cuqli kitabı” mükafata yiyələnib.

Suriya müharibəsindən bəhs edən “Ağ dəbilqələr" filmi ən yaxşı qısametrajlı sənədli film, “O.Cey Amerikada istehsal edilib” filmi ən yaxşı tammetrajlı sənədli film nominasiyalarında “Oskar”a layiq görülüb.

Viola Devis ən yaxşı ikinci plan aktrisası nominasiyasında “Oskar” qazanıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam