Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Saxta diplom satmış sabiq rektorun məhkəmədə halı pisləşdi -Məhkəmə təxirə salındı

mehkeme

 

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Ramiz Məmmədovun işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Xeberinfo.com:  Hakim Zabil Hüseynovun sədrliyi ilə keçirilməli olan məhkəmə prosesinin təxirə salınmasının səbəbi təqsirləndirilən şəxsin səhhətində qəfil problem yaranması olub. Hakim məhkəmə prosesinin qeyri-müəyyən tarixə təxirə salındığını elan edib.

Qeyd edək ki, R.Məmmədov 2000-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialının rektoru olub və 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub və filial bağlanıb. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdu.

R.Məmmədov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir. R.Məmmədov onlarla vətəndaşa qarşı 922 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilir. O, instituta düzəltmək adı ilə vətəndaşlardan külli miqdarda pul almaqda, saxta diplom verməkdə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam