Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mafiya üzvü olan azərbaycanlılar Türkiyədə tutuldu

 

 

Türkiyədə 7 azərbaycanlı şəxs saxlanılıb. Onlar Türkiyə polisini öldürməkdə günahlandırılır.
 
"Xeberinfo.com":  Türkiyənin "Hürriyət" qəzetinə xəbərinə görə, hadisə Ədirnənin Keçmiş İstanbul küçəsində baş verib. Rusiya dövlət nömrə nişanlı avtomobildə olan bir qrup şəxslə Türkiyə nömrə nişanlı avtomobildə olan başqa bir qrup arasında silahlı qarşıdurma olub. Təsadüfən hadisə yerində olan və hadisəyə müdaxilə etmək istəyən Ədirnə Polis İdarəsinin polisi Hüseyn İmrak ürəyindən yaralanıb. Ədirnə Dövlət Xəstəxanasına çatdırılan Hüseyn İmrakı xilas etmək mümkün olmayıb. Hadisəylə bağlı Ədirnədə 7, Təkirdağın Çorlu rayonunda 6 və İstanbul Şişlidə 1 nəfər olmaq ümumilikdə 14 nəfər saxlanılıb. Saxlanılan azərbaycanlılar 39 yaşlı Ceyhun Əsgərov, 45 yaşlı Rövşən Əliyev, 31 yaşlı Elşən Babayev, 33 yaşlı Əlimüseyib Heydərov, 27 yaşlı Namiq Umudov, 38 yaşlı Miryazif Fəxrəddin və Qara Əliyevdir. 14 nəfərin hər biri tibbi müayinədən keçirib. "Haber3"-ün məlumatına görə, Hüseyn İmrakı vuran Azərbaycan əsilli şübhəli şəxs isə axtarışdadır. Ədirnə valisi Dursun Əli Şahin hadisəninin azərbaycanlı, rus və gürcü mafiya qruplarının hesablaşması olduğunu bildirib.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam