Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

PUTİNLƏ TRAMPIN “BAL AYI” BİTDİ:“Hər şey onların istəyinin tərsinə alınıb”

tramp

Xeberinfo.com:   Rusiyada təəccüblü hadisələr baş verir: Bu yaxınlara qədər bütün televiziya tok-şoularında, xəbərlər proqramlarında və Kremlin digər təbliğat yayınlarında adı tez-tez hallandırılan prezident Tramp haqqındakı verişilişlər qəflətən yoxa çıxıb.

Bunların nə üçün baş verməsini anlamaq çətin deyil. ABŞ-ın yüksək vəzifəli nümayəndələrinin rusiyalı məmurlarla əlaqələri nəticəsində yaranmış qalmaqaldan Tramp administrasiyası bir qədər kənarlaşmağa cəhd göstərir. Rəsmi Vaşinqton şikayətlə bildirib ki, Rusiya 1987-ci ildəki nüvə müqaviləsini pozub. Bundan başqa Ağ Ev Kremli müxtəlif ölkələrdəki seçkilərin gedişinə müdaxilədə günahlandırıb. Moskvaya qarşı rəğbətlə yanaşan ABŞ prezidentinin milli məsələlər üzrə müşaviri istefa vermək məcburiyyətində qalıb. Krım yarımadasının Rusiya tərəfindən işğalı ilə əlaqədar Trampın sözləri isə hissediləcək dərəcədə sərtləşib.

Rusiyalıların nöqteyi-nəzərinə görə, hər şey başqa cür cərəyan etməliydi. ABŞ kəşfiyyat agentləri hesab edirlər ki, Putindən əmr alan rusiyalı hakerlər Hilları Klinton üzərində qələbə çalmaq üçün Trampa köməklik göstəriblər. Ona görə də Rusiya hakimiyyəti əmin idi ki, bu biznesmen Rusiyaya qarşı daha dostcasına yanaşacaq.

Əgər bu həqiqətdirsə, onda ruslar nə əldə ediblər? ABŞ müdafiə nazırı Cim Mettis deyib ki, Vaşinqton Moskva ilə “güc mövqeyi”ndən çıxış edərək danışıqlar aparacaq. Moskva bundan bərk inciyib. Sanki Obama administrasiyası heç yerə getməyib.

Nüfuzlu Rusiya jurnalisti və dövlət kanalında proqram aparan Vladimir Pozner deyib: “Bu, çox adam üçün məyusluq gətirib. Sonra məyusluğun yerinə qəzəb gəlir. Nəyə görə Tramp bizə yalan danışıb? Nəyə görə o bizi vəziyyətin yaxşılaşa biləcəyini düşünməyə məcbur edib?”

Trampın seçilməsi Moskvada əsl eyforiya yaratdı. Bu müəyyən qədər Putinin düşməni Klintonun məğlubiyyətinin gətirdiyi sevinclə izah olunur. Lakin bu, həmçinin Tramp administrasiyasının vədlərindən də irəli gəlirdi. Moskva Amerika prezidenti ilə sövdələşmə bağlamaqla regiondakı güclərini cəmləyib böyük dövlət statusunu geri qaytarmaq imkanı qazanacağını düşünüb.

Vaşinqtonda baş qaldıran qalmaqalın fonunda Trampın Rusiya haqqındakı sözlərinin tonu xeyli dəyişilib. Belə ki, onun seçki kampaniyası zamanı söylədiyi sözlər daha yumşaq idi. Avqust ayında Tramp “ABC” televiziya kanalına verdiyi müsahibəsində bəyan etmişdi ki, Krımın Rusiya tərəfindən ilhaqını gözdən keçirəcək. O, bu barədə demişdi: “Mənim eşitdiyimə görə, Krımın əhalisi, əvvəl olduqları ölkəni yox, Rusiyanın bir parçası olmağı seçiblər”.

Tramp “twitter”də yazıb: ”Rusiya Obama administrasiyası dövründə Krımı ələ keçirib. Məgər Obama Rusiyaya qarşı münasibətdə hədsiz yumşaq mövqe tutmayıb?”

Doğrudanmı Rusiya və Tramp arasındakı “bal ayının” sonu gəlib?

Kreml özünü elə aparır ki, sanki belə bir “bal ayı” heç olmayıb. Sıravi deputatlardan fərqli olaraq, Putin adminisrasiyasının yüksək vəzifəli nümayəndələri ifadələrində daha təmkinlidirlər. Rusiyaya qarşı öz mövqeyini sərtləşdirdiyinə görə, Trampı tənqid etmək əvəzinə, Moskva sadəcə olaraq qərara alıb ki, onun barəsində müəyyən vaxta qədər heç nə söylənilməsin. Trampın Krım barəsindəki bəyanatları siyasi oponentlərin ona göstərilən təzyiqinin nəticəsi kimi dəyərləndirilir.

Hələ seçkilərə qədər Putin və onun tərəfdarları deyirdilər ki, Vaşinqton isteblişmenti Trampın Moskva ilə daha sıx əlaqələr qurmasına mane törətməyə çalışır. Onlar iddia edirlər ki, indi məhz elə bu da baş verir.

“Ali İqtisad Məktəbi”nin professoru Dmitri Suslov deyir: ”Hamı Tramp administrasiyasını müşayiət edən qalmaqallardan və ona qarşı Konqresdə, KİV-lərdə, siyasi isteblişmentdə aparılan iri miqyaslı müharibədən məyus olub. Hal-hazırda bu təzyiqlər administrasiyanın fəaliyyət dairəsini məhdudlaşdırır”.

Lakin onun sözlərinə görə, hətta əgər Tramp administrasiyası Rusiyaya qarşı düşmən mövqeyi tutsa da, Moskvanın vəziyyəti Klintonun qələbə qazanacağı ilə müqayisədə heç də pis olmayacaq.

Trampın qələbəsinin səhərisi günü Rusiya Dövlət Dumasının deputatları onun şərəfinə şampan şərabı içirdilər. İndi bu eyforiya gedib. Putinin yaxın köməkçisi olmuş və hazırda parlamentin spikeri vəzifəsini tutan Vyaçeslav Valodin şikayətlənib ki, Tramp Rusiya ilə bağlı seçki vədlərini yerinə yetirmir.

Rusiya televiziyasının xəbər proqramları Trampın milli məsələlər üzrə müşaviri Maykl Flinnvə Rusiya səfiri Sergey Kislyak arasındakı telefon danışığı ətrafında yaranmış qalmaqallara xüsusi maraq göstərməyiblər. Həmin danışıq zamanı guya ki, Amerikanın Rusiyaya qarşı sanksiyası müzakirə edilibmiş.

Trampın Rusiya televiziya xəbərlərindən qəflətən yoxa şıxması çox ehtimal ki, təsadüf deyil. Belə ki, 15 fevral tarixində telejurnalist Konstantin Eqqert məlumat verib ki, dövlət media agentliyində işləyən onun həmkarı rəhbərlikdən belə bir direktiv alıb: ”Tramp haqqında heç nə verilməsin”. Daha sonra “Bloomberg News” hansısa mənbəyə istinadən bildirib ki, Kreml dövlət informasiya agentliklərinə əmr verib ki, Tramp haqqındakı tərifli reportajları azaltsınlar.

Eqqert deyib: “ABŞ-ın Rusiya ilə yaxınlaşmasının qaçılmaz olması ideyası əsasındakı gözləntilərin artması Kreml üçün ağıllı mövqe deyil, çünki bu gözləntiləri reallığa çevirmək mümkün deyil. Ona görə də Kremlin təbliğat maşını Vaşinqtondakı vəziyyət aydınlaşana qədər, ABŞ və Tramp haqqındakı xəbərləri azaldacaq. Mən düşünürəm ki, Putin artıq çoxdandır ki, vəziyyətin tezliklə dəyişməyəcəyi və ya ümumiyyətlə heç vaxt dəyişilməyəcəyi ilə barışmağa hazırdır”.

Kreml KİV-lərə nəyin və necə işqlandırlımasını diktə etdiyini danır. Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bunu növbəti “yalan xəbər” adlandırıb.

16 fevralda keçirilən mətbuat konfransının gedişində Tramp açıq deyib ki, onun köməkçilərinin Rusiya ilə əlaqəsi ətrafındakı isterikalar bu ölkə ilə münasibətlərə təsir göstərib.

Dövlət Dumasındakı bəzi deputatlardan fərqli olaraq, Kreml güman ki, Tramp administrasiyasının birinci iş həftəsində ölkələr arasındakı əlaqələrin kəskin dəyişəcəyini gözləməyib. Amma bu o demək deyil ki, ümumiyyətlə Kreml heç nə gözləməyib.

Pozner deyib: ”Yəqin ki, qərar verənlər Trampın seçilməsinə daha az ümid bəsləməyə meyilli olublar, amma hər halda ona ümid bəslənilib. İndi bu ümidlər dağılıb”.

(“The Washington Post”-ABŞ)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam