Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Gəncədə qasırğa ciddi fəsadlar törədib

 

    İyunun 10-da axşam saatlarında Gəncədə əsən güclü külək və leysan yağış ciddi fəsadlar törədi
  "Xeberinfo.com": Məlumata görə, qasırğa hələ də davam edir,  güclü yağış nəticəsində obyektlərə su dolub. Şəhərdə infrastruktur iflic vəziyyətə düşüb. Məlumata görə, elektrik enerjisinin verilişi bərpa olunsa da qısa zamandan sonra (5 dəqiqdə) yenidən dayandırılıb.   Aidiyyatı qurumlar qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.  
 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gecə saatlarında jurnalistlərin qarşısına çıxıb və şəhərdə yaşananlarla bağlı məlumatları çatdırıb. O, baş verənləri böyük təbii fəlakət kimi xarakterizə edib:  
"Böyük bir təbii fəlakətdir. Mən deyərdim ki, zəlzələlər istisna olmaqla Gəncənin tarixində belə böyük fəlakət olmayıb. Amma bütün bunlara rəğmən deyə bilərəm ki, bütün hadisələr nəzarət altındadır. Artıq bütün qurumlar mərkəzləşdirilmiş qaydada öz işlərini görürlər".
 
Elmar Vəliyev onu da deyib ki, təbii fəlakət Gəncənin şəhər təsərrüfatına ciddi ziyan vurub: "Qaz təsərrüfatında 27 yerdə böyük dağıntılar var. Şəhərin 80 faizində işıq yoxdur. Su-kanalizasiya sistemində problemlər aradan qaldırılır. Yüzlərlə 300-500 illik çinar ağacları məhv olub. Şəhərə çox böyük ziyan dəyib"
 
İcra başçısı əhalini narahat olmamağa çağıraraq qeyd edib ki, Gəncədə təbii fəlakətin yaratdığı bütün problemlər bu gün günortayadək aradan qaldırılacaq.
  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam