Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nişan mərasimində dava –Bir nəfər komaya düşdü

Göyçay rayonunda gənclər arasında dava qanla nəticələnib.

Xeberinfo.com:   APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərindəki restoranların birində baş verib.

Rayonun Yeniarx kənd sakini, 1988-ci il təvəllüdlü Zülfüqarov Məharət Gülağa oğlu şəxsi münasibətlər zəminində baş verən dava zamanı yeni qohum olduğu şəxs, Göyçay şəhər sakini, 1992-ci il təvəllüdlü Bəhdəmirov Aqşin Bəhram oğlu tərəfindən döyülüb.

Küt alətlə başından ağır xəsarət alaraq yerə yıxılan M. Zülfüqarov komaya düşüb və təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Hadisəni törədən şəxsin nişan mərasimi olan qızın dayısı oğlu olduğu bildirilir. A. Bəhdəmirov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam