Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Piyada keçidi tərs tikilir?!:Ceyranbatanda-FOTOLAR

        Piyada keçidi tərs tikilir?!:

   

 “Azəravtoyol” “Ovqat”ın ovqatını necə xoş edib?

 

Xeberinfo.com: Piyada keçidlərinin vacib sayılan ünvanlarından biri də Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsidir. Qəsəbə sakinlərinin az qala ildə 3-4-ünün “qurbanlıq” olmasından və uzun çəkən yazışmalardan sonra nəhayət ki, bu ünvanda da piyada keçidinin tikintisinə başlanılıb. Artıq keçidin kənar dayaqları və pilləkən sütunlarının bünövrəsi də hazır sayıla bilər. Amma,... qəsəbə sakinlərinin xeberinfo.com-a verdiyi məlumatlara görə keçidin tikintisində bir tərslik müşahidə olunur. Keçidin yolun köhnə qəsəbə kimi tanınan hissəsi problemsiz olsa da, yeni məhəllə kimi tanınan hissəsi müxtəlif söz-söhbətlər doğurmaqdadır. Səbəb isə bu hissədə pilləkənin sakinlərin gediş-gəlişi olan küçə tərəfə deyil, əksinə tikilməsidir. Hansı ki, bu tərslik piyada keçidinin əhəmiyyətinə az da olmuş olsa belə təsirsiz ötüşmür.

Qəsəbə sakinləri bu faktı heç də sıradan bir mütəxəssis layihələndirməsi, ya da bir təsadüf saymır. Məsələ ondadır ki, bu pilləkən qeyd etdiyimiz kimi, sakinlərin gediş-gəliş tərəfinə tikilmiş olsaydı məşhur “Ovqat” restoranını iflic etmiş olardı... Dolanan söz-söhbətlərə görə tikintiyə məsul “Azəravtoyol” rəsmiləri necə deyərlər, “Ovqat”ın ovqatını korlamaq istəməyiblər. Minlərlə insan narazı olsa da, olsun. Niyə? Hansı səbəblərdən? Hələlik bu suallarla bağlı geniş yaza bilmirik.

 

İnformasiya şöbəsi  

Piyada keçidi tərs tikilir?!:
Piyada keçidi tərs tikilir?!:
Piyada keçidi tərs tikilir?!:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam