Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Aqrolizinq”də daha bir korrupsiya

 

       "Xeberinfo.com": Biz "Aqrolizinq" ASC-də baş vermiş bu kimi hadisələrlə bağlı silsilə yazılar dərc etmişik. Daha bir korrupsiya faktı ifşa olunub. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şəki regional logistik bazasının vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.  Baş Prokurorluqdan əldə etdiyimiz  məlumata görə, istintaq zamanı Şəki regional logistik bazasının müdiri Cabbar Qaffarovun qulluq mövqeyindən sui-istifadə edib dövlət büdcəsinin vəsaiti hesabına alınan 109 min 500 manat dəyərində mineral gübrələrin qanunsuz olaraq ayrı-ayrı şəxslərə güzəştli şərtlərlə satışını həyata keçirərək “Aqrolizinq” ASC-nin hüquq və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında, eyni zamanda bazanın anbardarı Seymur Ənnağıyevlə əlbir olub mineral gübrələri hüquqi və fiziki şəxslərə sataraq əldə olunmuş 12 min 800 manat məbləğində külli miqdarda özgə əmlakını mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan Cabbar Qaffarova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Seymur Ənnağıyevə isə həmin məcəllənin 179.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilib.

    İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.

    Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam