Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Qarabağ" uduzdu, "Qəbələ" liderliyə yüksəldi

 

 

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Qəbələ” və "Qarabağ" komandaları qarşılaşıb.

Xeberinfo.com:  Qəbələ şəhər stadionunda başlayan oyunu hakimlər Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov və Ömər Paşayev idarə edib. Qarşılaşma qarşılıqlı hücumlar şəraitində keçib. Qarşılaşmanın 29-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Sergey Zeynov topu rəqib komandanın qapısından keçirərək hesabı açıb.

Görüşün 70-ci dəqiqəsində “Qəbələ”nin oyunçusu Filip Ozobiç komandasının ikinci topunu “Qarabağ”ın qapısından keçirib. Ağdam futbolçularının hesabı azaltmaq üçün ardıcıl hücumları nəticəsiz qalıb və oyun 2:0 hesabı ilə “Qəbələ”nin xeyrinə başa çatıb.

Qeyd edək ki, Premyer Liqanın XIX turu çərçivəsində fevralın 18-də “İnter” və “Zirə” oyunu 1:1, "Neftçi" və "Kəpəz" görüşü isə 0:0 hesabı ilə başa çatıb. Fevralın 19-da “Sumqayıt” və “AZAL” oyunu keçirilib və 1:0 hesabı ilə başa çatıb. Hazırda turnir cədvəlində “Qəbələ” və “Qarabağ” komandaları 42 xalla birinci və ikinci, “İnter” 33 xalla üçüncü yerdədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam