Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Krımın qaytarılması tələbi, yerinə yetirilməsi mümkün olmayan çağırışdır" -Mariya Zaxarova

zaxarova

Xeberinfo.com:   Xarici KİV-ə istinadən xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidentinin mətbuat katibi Şon Spayserin Krım yarımadası ilə bağlı səsləndirdiyi fikirə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi sözçüsü Mariya Zaxarova belə cavab verib: «Krım Rusiya Federasiyasının ərazisidir».

Şon Spayser Krım barədə belə deyib: «ABŞ Prezidenti Donald Tramp «açıqca işarə vurdu ki, Rusiyanın Krımı Ukraynaya qaytarmasını və bu ölkənin şərqində gərginliyin azaldılmasını gözləyir»».

Bu zaman Ağ evin nümayəndəsi əlavə edib ki, Vaşinqton yeni Prezidenti ilə «əvvəlki administrasiyadan fərqli olaraq, Rusiya ilə yola getmək istəyir».
Ancaq Krım məsələsinə yönəlik Moskva əvvəlki mövqeyini – Obamanın komandasına sərgidədiyi mövqeyni yenidən ortaya qoyub.

«Biz, əzərazilərimizi qaytarmırıq. Krım Rusiya Federasiyasının ərazisidir» – deyə, Mariya Zaxarova sərt bəyanat verib.
Kremldə onu da qeyd ediblər ki, Moskva Krımın Ukraynaya naytarılması mövzusunu müzakirə etmək niyyətində deyil.
Dövlət Dumasında və Federasiya Şurasında Ağ evin «Krımı qaytarın və Ukrayna ilə dostluq edin» təklifinə isə hətta xeyli hövsələsiz reaksiya veriblər.
«Krım Rusiyanındır və onun olaraq qalacaq. Onun qaytarılması tələbi isə Alyaskanın Rusiyaya qayarılması tələbi kimi yerinə yetirilməsi mümkün olmayan çağırışdır» -deyə, Federasiya Şurası təhlükəsizlik və müdafiə komitəsinin başçısı Viktor Ozerov bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam