Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Avropa Liqasında 1/16 finalın ilk oyunları keçirilib

 

Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib.
Xeberinfo.com:  Qrup mərhələsində Azərbaycan təmsilçiləri “Qarabağ” və “Qəbələ”yə rəqib olmuş komandalar müxtəlif nəticələr göstəriblər.
Fransa “Sent Etyen”i İngiltərədə “Mançester Yunayted”ə Zlatan İbrahimoviçin het-triki nəticəsində böyük hesabla uduzub. “Qəbələ”nin qrupdakı digər rəqibi “Anderlext” Belçikada Rusiya “Zenit”ini Frank Aşimponqun dublu sayəsində yenib. PAOK isə Yunanıstanda Almaniya “Şalke”sinə böyük hesabla uduzub.
Türkiyə təmsilçiləri də fərqli nəticələr göstəriblər. “Fənərbağça” Rusiyada “Krasnodar”a minimal hesabla yenilib. “Osmanlıspor” Yunanıstanda “Olimpiakos”la qolsuz heç-heçə edibsə, “Beşiktaş” İsrailin Beer-Şeva şəhərində “Hapoel”ə qalib gəlib.
UEFA Avropa Liqası, 1/16 final mərhələsi, ilk oyunlar
16 fevral
20:00. “Krasnodar” (Rusiya) – “Fənərbağça” (Türkiyə) – 1:0
Qol: Viktor Klaesson, 4
22:00. “Astra” (Rumıniya) – “Genk” (Belçika) – 2:2
Qollar: Konstantin Budesku, 43, Daniel Florea, 63 – Tomoti Kastaqn, 25, Leonardo Trossard, 83
22:00. “Alkmaar” (Hollandiya) – “Olimpik” (Lion, Fransa) – 1:4
Qollar: Əlirza Cahanbaxş, 68 – Lukas Tusart, 26, Aleksandr Lakazett, 45+2, 57, Hussem Auar, 90+4
22:00. “Borussiya” (Münhenqladbax, Almaniya) – “Fiorentina” (İtaliya) – 0:1
Qol: Federiko Bernarderçi, 44
22:00. “Selta” (İspaniya) – “Şaxtyor” (Ukrayna) – 0:1
Qol: Qustavo Leşuk, 27
22:00. “Rostov” (Rusiya) – “Sparta” (Çexiya) – 4:0
Qollar: Miha Mevlija, 15, Dmitri Poloz, 38, Kristian Noboa, 40, Sərdar Azmun, 68
Qırmızı vərəqə: Tyemoko Konate, 32 (“Sparta”, ikinci sarı)
22:00 “Gent” (Belçika) – “Tottenhem” (İngiltərə) – 1:0
Qol: Ceremi Perbet, 59
22:00. “Ludoqorets” (Bolqarıstan) – “Kopenhagen” (Danimarka) – 1:2
Qollar: Klaudiu Keseru, 81 – Anicet, 2-öz qapısına, Yusuf Tutu, 53
22:00. “Olimpiakos” (Yunanıstan) – “Osmanlıspor” (Türkiyə) – 0:0
Qırmızı vərəqə: Bruno Vyana, 74 (“Olimpiakos”, birbaşa)
00:05. “Anderlext” (Belçika) – “Zenit” (Rusiya) – 2:0
Qol: Frank Aşimponq, 5; 31
00:05. “Atletik” (İspaniya) – APOEL (Kipr) – 3:2
Qollar: Giorqos Merkis, 38-öz qapısına. Arits Aduris, 61. İnyaki Uilyams, 72 – George Efrem, 36. Yannis Yanniotas, 89
00:05. “Hapoel” (Beer-Şeva, İsrail) – “Beşiktaş” (Türkiyə) – 1:3
Qollar: Elyaniv Barda, 44 – Uilyam Soares, 42-öz qapısına. Cenk Tosun, 60. Atiba Hatçinson, 90+3
00:05. “Legiya” (Polşa) – “Ayaks” (Hollandiya) – 0:0
00:05. “Mançester Yunayted” (İngiltərə) – “Sent-Etyenn” (Fransa) – 3:0
Qol: Zlatan İbrahimoviç, 15; 75; 88-penalti ilə
00:05. PAOK (Yunanıstan) – “Şalke” (Almaniya) – 0:3
Qol: Quido Burqstaller, 27. Maks Meyer, 82. Klaas Yan Huntelaar, 90
00:05. “Vilyarreal” (İspaniya) – “Roma” (İtaliya) – 0:4
Qol: Emerson Palmieri, 32. Edin Ceko, 65; 79; 86

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam