Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

İDARƏÇİLİKDƏ VƏTƏNDAŞ MÖVQEYİ...

 

Dövlət və idarəçilik dedikdə bütöv bir sistemin inanılmış və icra olunası  işlərdə təşkilatçılığı ilə seçilən bütöv bir komanda göz önünə gəlir. Əlbəttə, nəzərə alsaq ki, dövlət və idarəçiliyin önündə gedən və aparıcı qüvvəsi sayılan xalqın güvənib seçdiyi Prezidentidir. Prezident xalqa,xalq isə seçdiyinə güvənir. Prezident isə öz növbəsində  idarəçilikdə icra olunası  işlərin öhdəsindən gəlməsi  üçün  güvənib seçdiyi kadrları lazımı kürsülərə yerləşdirir və mütəmadi olaraq ictimaiyyətin vəziyyəti barədə icraçılar tərəfindən məlumatlandırılır. Lakin, Prezident bir qayda olaraq heç olmasa ildə bir dəfə bölgələr ücün ayrılmış  büdcədən maliyyənin hara və nəyə xərcləndiyini bilmək  istəyi ilə xalqla və həmçinin müəyyən idarə və təşkilatların icra məmurları  ilə  görümək üçün bölgələrə baş cəkir. Əslində qeyri adi bir şey olmadığı halda Prezidentin məqsədi və məramı rayon sakinləri ilə dialoqa girərək  onların yaşam tərzini özlərinin dilindən eşitməkdir. Maraqlıdır ki, belə bir təklif önə çəkilməmişdən öncə proqramdakı  icra başçılarına əvvəlcədən xəbərdarlıq edilir. Müəyyən tədbirləri təşkil edən məmurlar Pezidenti qarşılamaq üçün xüsusi komanda yaradır ki, başçıya lazımi məsələləri önə çəkmək üçün bülbül kimi cəh-cəh vursun.İcrada oturan məmurlar ilk öncə təhkim olunmuşları lazımı qaydada  rüşvətlə təmin edərək  caamatın öz Prezidenti ilə görüşüb söz demək haqqını əlindən alırlar. Çünki lazım olan qaydalar üzrə xüsisi təlimatlandırılmış komanda insanların önünə keçərək birmənalı şəkildə xalqın adından danışaraq heç bir problemin olmadığını qeyd edirlər. Belə olan təqdirdə xalqın güvənib seçdiyi Prezident  sadə sakinlərlə debata girə bilmir.Görüş zamanı  sosial baxımdan hər tərəfli əziyyət çəkənlərə yalnız qıraqdan baxıb  şablon çıxışlara əl çalmaq düşür. Mən bu anlamda dövlətimizin başçısında günah görmürəm, yəni onun üçün fakt maraqlıdır ki, onu da XÜSUSİ təlimat almış  icraçılar öhdəsindən layiqincə gəlirlər. Hər birimiz bilirik ki, dövlət özü bir ailədir. Mən dövlətçiliyin idarə olunmasını, bir ailənin timsalında göstərmək istərdim. Məsələn, bütün coxuşaqlı ailələrdə uşaqlar daima valideyn himayəsində olduğundan  ata-ana tədricən başa düşür ki, uşaqlar yetkinlik yaşına çatdıqca aralarında birinin  təfəkkürü digərlərindən fərqlənir. Zaman-zaman ailə başçısının bu övladına qarşı  inamı daha güclü olaraq bütün istək və arzuları onun üzərində cəmləşir. Lakin ailədə özünə inam hiss edən sözügedən uşaq- istər qız, istərsə də oğlan atanın rəğbətindən sui istifadə edərək özündən sonrakıların təlim –tərbiyəsində dəyişiklik edərək qardaşın, bacılarının səy və bacarığını gələcəkdə ailəyə dəyə biləcək zərbəyə yönəldir. İndi siz deyin hansı ata güvəndiyi övladından bu və bunun kimi olayları gözləyə bilər? Mən dövlətçiliyi sadə misalla anlatmağımda məqsədim  budur ki, dövlətçilik özü də bu zəmindədir və belə idarə olunur.Prezident öz ətafında topladığı  komandasına özünə inandığı qədər inanır və öz növbəsində siyasi baxışlarını  başqa dövlətlərlə müttəfiq olaraq xarici siyasətə yönəldir, yəni böyük bir ailənin başçısı  bilir ki, önun ailəsinin  güvəni əmin əllərdədir. Yalnız dövlətin başında durana düşən odur ki, öz komandası ilə mütamadi olaraq icraçıları dinləsin öz irad və təkliflərini versin. Gəlin düşünək, görən bu göstəricilərə əməl olunurmu? Axı çatdırılan yalan fikirləri dövlət başçısı real olaraq hardan bilsin ki, bu gün səhiyyə ocaqlarında millətin qanını –canını sovurub məhv edən hansı vəziyyət hökm sürür. Məmurların hansı  Dövlət başçısına dürüst məlumat verir ki, bəs hansısa  rayon və  kənd xəstəxanalarının doğum şöbəsində  neçə ana uşaq dünyaya gətirərəkən məlum olmayan səbəbdən dünyasını dəyişir və neçə-neçə ailələrdə uşaqlar yetim qalır.

Mən isə öz növbəmdə nəzərinizə onu çatdırım ki,qeyd etdiklərim baş verənlərin görünən tərəfidir. Bu və bunun kimi misalların sırasını artırmaq olar. Dövlət başçısına çatdıran varmı ki, bu gün birincilər illərdən bəri  ənənəyə çevrilmiş ƏLİFBA bayramlarını təntənəli şəkildə qeyd edə bilmir və belə məktəblər zaman –zaman bu acını yaşayır. Bu gün təhsil sistemində gedən islahatların gələcəyimizə necə zərbə vurmasını Prezidentə doğru- dürüst məlumatlar çatdırılsaydı guman ki, yerindəcə lazımı tədbirlər görülərdi. Unutmayaq ki, dövlət idarə olunursa idarəçilikdə problemlər çoxdur.

Beləki, bu gün gələcəyimiz olan uşaqların sosial baxımdan hüquqları pozulur.Hamımız  yolda –irzdə əl açıb dilənən uşaqları görəndə ürək ağrısı keçiririk. Onu da qeyd edim ki, qul bazarı deyilən yerdən yolumuz düşərsə azyaşlı uşaqların əmək qabiliyyətinin necə istismar olunduğunun şahidi olarıq. Bütün bu olaylar dövlərçiliyimizə zərbə deyilmi??? Azərbaycanda  çox haqsızlıqlar baş alıb getməkdədir. Əslində sivil və tolerant dövlətdə yaşamağımıza baxmayaq, xalq öz inancı baxımdan da müəyyən təqiblərə məruz qalır. Gəlin düşünək ki, ailədə böyük saydığımız atanı övladı aldadırsa inamından dolayı baş verənlərdən atanın xəbəri olarmı?(Əgər atanın başı daha mühüm işlərə qarışıqsa)  Əlbəttə yox! Bəli bu gün bu və bunun kimi qapalı  qalan problemlər dövlət başçısına yetərincə düzgün çatdırılmır. Zənnimcə  elə bu problemlər də tədricən inkişaf edərək vətəndaşların diqqətindən kənarda qalmır. Hamı özlüyündə məsələnin hardan qaynaqlandığını gözəl başa düşür. Amma o inanılmış dövlət məmurları unudurlar ki, az keçməz  yığılan problemlər sosial partlayışa səbəb ola bilər. Xalqın səbr kasasını daşdırmaq olmaz!

Baş verənlərin hansı birindən söz edim. Azərbaycan başqa dövlətlər arasında mövqeyi ilə seçilən azad və demokratik sivil qaydada idarə olunan dövlətdir, lakin buna baxmayaraq bu gün baş verənləri işıqlandıran qələminin dürüstlüyü ilə seçilib xalqın dilindən danışan jurnalistlərimiz həbsxanalara atılır. Sual olunur- Niyə? Baxın bu niyələrin səbəbi dövlət başçısına doğru olaraq çatdırılırmı? Əlbəttə ki, yox. Əgər xisləti təmiz jurnalist bu gün Prezidentin bilməsi vacib olan məsələni, yəni, xalqın vəziyyətini qələmin gücü ilə mətbuata yayımlayırsa demək qaranı ağ yazmadığı üçün təcridxanaya düşməlidir?! Bəli bu gün bir çox jurnalistlərimiz baş verənlər üzündən ailəsindən uşağından ayrı düşüb.

 Dərd bir deyil, iki deyil. Xüsusi olaraq vurğulamaq istədiyim bir nüansı nəzərinizə çatdırım ki,bu gün xalqın televiziyası olan teleməkan açınacaqlı vəziyyətdədir. Xalqın maariflənməsi üçün olan bu məkan bəzi lağ-lağ teleşouların əlində oyuncağa çevrilib.

 Dərdlərimiz çoxdur. Niyə intiharlar, qətllər baş alıb gedir?

Niyə Qarabağ qazisi öz haqqını tələb edərək müəyyən təyziqlərə məruz qalaraq özünü yandırıb intihar etməlidir? Hansı demokratik ölkədə belə olaylar baş verir? Belə təəccüb doğuran sualın ətrafında baş sındıranlar varmı? Baxın bunun kimi çox sualların cababları açıq qalır. Bütün bu görüntüyə vətəndaş və jurnalist nöqteyi-nəzərindən yanaşası olsaq hansı cavabı axtaraq ki, azad demokratik dövlətdə yaşamağımıza haqq qazandıraq? Yenə də nəzərinizə çatdırım ki, ailə və dövlət elə bir göstəricidir ki, onun idarəçiliyi mütləq saflıq və dürüstlük tələb edir. Ata bunu güvəndiyi övladından gözlədiyi halda, dövləti idarə edən Prezident  bu saflığı və təmiz idarəçiliyi öz ətrafında topladığı komandasından gözləyir. Dövlət başçısı müəyyən xoşagəlməzliklərdən məlumatlanarsa heç tərəddüd etmədən baş verən narazılıqları aradan qaldırmaq üçün lazımı tədbirləri görərək kadr dəyişikliyi edər, lakin məlumatlar düzgün ötürülmədiyindən cox xoşagəlməzliklər meydana çıxır.Maraqli cəhət də budur ki, müəyyən görülən tədbirlərdən sonra yenidən köhnə bayatılar daha zil səslə təkrar oxunur. Belə məsələlərin izahını axtaran zaman yenə söz,  xüsusi tədbirlər görülməsinə baxmayaraq məmurlar arasında öz aktivliyini  itirməyən KORRUPSİYANIN üzərinə gəlir. İllərdən bəri rüşvətxorluğa qarşı icra proqramı hazırlanaraq  dövlət tərəfindən bunun aradan qaldırılması üçün hər bir tədbir görülmüşdür. Amma  çifayda. Kimdir günahkar? Demək yenə məsələ inamın üzərinə düşür. Bəla budur ki, axır vaxtlar insanlar  yalanın həqiqət olmasına inanıb mübarizə apararaq ictimayyət arasında reallaşdırırlar. Bədbəxt insanlar neyləsin, inanmaqdan başqa  çarəsi qalırmı? Hətta bu gün insanlar özlərini yalan həqiqətin içərisində görərək çıxış yolunu da axtarıb tapa bilmirlər. Düzdür, BU GÜN elm də, texnika da Avropalaşmış formada inkişaf edir, lakin təfəkkürün inkişafı tənəzzülə döqru inkişaf etməkdədir.                       

P.S.       Istər ailənin, istərsə də dövlətin idarə olunmasıda birinci inam, dürüstlük və saf düşüncə böyük rol oynayır.İstər milyonlarımız olsun əgər dövlət nadürüstlüklə  idarə olunursa bundan artıq irəliyə getmək mümkün deyil! Hətta Prezident nə qədər səy göstərsə belə...  İdarəçilikdə məqsədlər bir nöqtə ərafında birləşə bilmirsə o cəmiyyətdə maddi və mənəvi rifahdan söz etmək mümkün deyil. Yazmış olduğum bu müddəaların çıxış nöqtələrini politoloqlar və siyasətçilər tapmaqla məşğul olsunlar. Sadəcə bu mənim bu günki dövlətin idarəçiliyinə VƏTƏNDAŞ mövqeyim idi.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam