Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ərdoğan Suriyadakı əməliyyatın əsas hədəflərini açıqladı -“Fərat qalxanı”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyada müxalif Azad Suriya Ordusunun iştirakı ilə həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatının əsas hədəflərini açıqlayıb.

Xeberinfo.com:    R. T. Ərdoğan deyib ki, Suriyanın Əl-Bab şəhərinin İŞİD terror təşkilatından azad edilməsi prosesi başa çatır.

Türkiyə prezidenti növbəti hədəfin PKK terror təşkilatının Suriya qanadı PYD/YPG-nin nəzarət etdiyi Münbic rayonu və İŞİD-in Suriyada əsas mərkəzi sayılan Rakka şəhəri olduğunu söyləyib: “Əsas hədəf 4-5 min kv.km terrorçulardan təmizlənmiş bölgə yaratmaqdır. Məqsəd Suriyadan köçü önləmək, həm də Türkiyədəki düşərgələrdəki suriyalı qaçqınları öz torpaqlarına göndərməkdir. Bizim həmin bölgədə suriyalı qaçqınlar üçün yeni şəhərlər qurmaq niyyətimiz var. Türkiyə olaraq biz orada hər cür infrastruktur qurulması işlərində iştirak edə bilərik. Beləliklə, heç kimsə başqa ölkədə çadırda, evdə yaşamaq məcburiyyətində olmayacaq.

İkinci mərhələdə həmin bölgənin uçuş üçün qadağan edilmiş bölgə elan edilməsi əsas məqsədimizdir. Bu məsələni artıq ABŞ və Rusiya ilə də müzakirə etməyə başlamışıq. Həmin bölgəyə müxalif Azad Suriya Ordusu nəzarət edəcək. Bölgə suriyalıların özünün kiçik ordusunun olması lazımdır ki, orada yaşayanlar özlərini tam təhlükəsiz hiss etsinlər. Biz təlimlər keçməklə Azad Suriya Ordusuna dəstəyimizi davam etdirəcəyik”.

R. T. Ərdoğan ötən gün baş nazirin müavini Numan Kurtulmuşun Əl-Babın alınmasından sonra “Fərat qalxanı” əməliyyatının başa çatacağı barədə söylədiklərini də təkzib edib: “İŞİD-in əsas mərkəzi Əl-Bab deyil, Rakkadır. Digər tərəfdən, terror təşkilatı PYD/YPG-nin də həmin bölgələrdən çıxarılması vacibdir. “Fərat qalxanı” əməliyyatı son məqsədə çatana qədər davam edəcək. Bizim niyyətimiz bölgə terrorçulardan təmizləndikdən sonra ordumuzun orada qalması deyil. Ancaq bu məsələyə də həmin günün şərtlərində baxacağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam