Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Avtomobil bazarında kəskin bahalaşma:İdxal azalıb, tələb artıb (VİDEO)

 

 

Ölkəyə ikinci əl avtomobillərin idxalının dayandırılması maşın bazarını canlandırıb, avtomobillərin qiyməti kəskin bahalaşıb.
Xeberinfo.com:  Ölkə daxilində aparılan alqı-satqı əməliyyatlarında 1500-2000 manatlıq artım müşahidə olunur. 
Avtomobillər, demək olar ki, hər ay 400-500 manat civarında bahalaşır. Bu vəziyyət, təbii ki, avtomobilini satmaq istəyənlərə daha çox sərf edir. Maşın alverçiləri bahalaşmadan o qədər də məmnun deyil.
Badamdar qəsəbəsində həftənin şənbə və bazar günləri təşkil olunan avtomobil bazarında müçahidə etdik ki, bazarda hər dəfə olduğu kimi, satışa kifayət qədər avtomobil gətirilib. Lakin ölkənin ən böyük avtomobil bazarında alıcılıqla bağlı vəziyyət ürəkaçan deyil. Bazarda alıcıdan çox satıcıya rast gəlinir. Qiymətlərin kəskin bahalaşması avtomobillərini satmaq istəyənlər üçün bir fürsətdir. 
Satıcılar qiymət artımının əsas səbəbi kimi xaricdən ikinci əl avtomobillərin idxalının azalmasını görürlər. İdxalda məhdudiyyət yarandığından daxili bazardakı avtomobillərə tələbat artıb. Lakin qiymətlər baha olduğundan bazarda alqı-satqı əməliyyatlarının sayı kəskin şəkildə azalıb.
Alıcılar isə qiymətlərin bu dəfə öncəki aylarla nisbətdə daha baha olduğunu bildirdilər. 
Müştərilər əsasən ikinci əl avtomobillərə üstünlük verirlər. Ən çox satılan model isə Almaniya istehsalı olan “Mercedes” markalı avtomobillərdir. Satıcılar bildirirlər ki, bu avtomobillər dayanıqlı olduğundan və az xərc tələb etdiyindən tələbat çoxdur. Bu səbəbdən də “Mercedes”lərin qiymətində kəskin artım var. Son 4-5 ayın göstəricilərini müqayisə etsək, qiymətlərdə 2000-3000 manat fərq yaranıb. Belə ki, 2000-ci il “Mercedes E-220 (cdi)” əla vəziyyətdə olan avtomobil əvvəllər  13 min manata təklif edilirdisə, indi 14-15 min manatdır.
1999-2000 –ci il istehsalı olan “Mercedes C200”avtomobili əvvəl 7000 manata təklif edilirdisə, indi 8500-9000 manatadır.
Qiymət artımı digər avtomobillərdə də müşahidə olunur. Bundan əlavə,  hazırda sovet avtomobillərinə də üstünlük verilir. Əvvəllər bu avtomobillərə az maraq olsa da, indi vəziyyət fərqlidir. Badamdar bazarında SSRİ-də buraxılan maşınlara tələbat çox olduğundan bu avtomobillər bölgələrdən Bakıya gətirilir.
Müşahidələrimizə əsasən bu qənaətə gəldik ki, hazırda sahibkarlar ancaq daxili bazardakı maşınları satışa çıxarırlar. Çünki, əvvəllər Gürcüstan vasitəsilə Azərbaycana avtomobil idxalı böyük idi, amma indi avrostandartların tətbiqi, banklar tərəfindən kreditlərin verilməməsi və digər səbəblərdən Gürcüstandan avtomobil idxalı xeyli azalıb. Nəticədə bazarda tələb artıb və bu da qiymət artımına səbəb olub. Bahalaşmaya səbəb olan amillərdən biri kimi dolların bahalaşması göstərilir. Ümumilikdə avtomobil bazarında son 1 ildə 15 faizə qədər qiymət artımı baş verib. 
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam